“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin elan etdiyi tenderin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən "Bakı şəhəri, Binəqədi rayonu, 110/35/6 kV-luq "Binəqədi" yarımstansiyasından qidalanan 35 və 6 kV-luq hava xətlərinin bir hissəsinin kabel xətləri ilə əvəz olunması işlərinin satın alınması" məqəsədilə keçirilən tender müsabiqəsinin qalibi "Sahin-A Ltd” MMC (VÖEN- 6200313251) olub.
“Azərişıq” ASC qeyd olunan məhsullara görə "Sahin-A Ltd” MMC-yə 765 min 641 manat 4 qəpik ödəycək.
Məlumat üçün bildirək ki, "Sahin-A Ltd” MMC 26.05.2015-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Ağcabədi rayonu, Taxta körpü qəsəbəsində yerləşir. MMC-nin qanuni təmsilçisi Alışanov İmdadi Alışan oğludur.
Qeyd edək ki, açıq internet resurlarda 10 manat nizamnamə kapitalı ilə 766 min manatlıq tenderin qalibi olan "Sahin-A Ltd” MMC barədə heç bir məlumat mövcud deyil.
"Sahin-A Ltd” MMC barədə məlumat olmasa da, şirkətin qanuni təmsilçisi Alışanov İmdadi Alışan barədə geniş məlumat var. Belə ki, Vergilər Nazirliyinin Laçın rayonu Vergilər şöbəsi tərəfindən Alışanov İmdadi Alışan oğluna Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsilə cinayət işi açılıb.
Məlumat üçün bildirək ki, “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.6-cı maddəsinin tələblərinə görə podratçılar (şirkətlər) satınalma prosedurlarının (tender müsabiqəsi) başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının (qanuni təmsilçi) peşəkar fəaliyyətləri ilə əlaqədar cinayətə görə məhkum olunmaması lazımdır.
Karusel (28-04-2021, 13:30)
Barəsində cinayət işi açılan şəxs “Azərişıq”dan 766 min manatı necə alıb?
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024