Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (27-04-2021, 14:35)
MMC vətəndaşı niyə bu qədər yükləyir?


“Ekolizinq”lə müştəri arasında qalmaqal:
Mehdi Muradov “Ekolizinq” MMC-nin fəaliyyətindən şikayətçidir.
O, REPORTYOR.info-ya şikayətində bildirib ki, lizinq şirkəti ona əlavə faiz hesablamaqla yanaşı, cərimə də yazıb.
Mehdi Muradovun redaksiyamıza təqdim etdiyi sənədlərdən görünür ki, o, məlum pandemiya səbəbindən 2020-ci ilin aprel ayının ödənişini etmədiyi üçün ona yüksək məbləğdə faiz yazılıb:
“2019-cu ilin 28 dekabr tarixində “Ekolizinq” MMC ilə mənim aramda lizinq müqaviləsi bağlanıb. Müqaviləyə 2 saylı əlavəyə görə, ümumilikdə 22 min 329 manat (bunun 15400 manatı əsas borc, 6928 manat 76 qəpiyi isə faiz təşkil edir), hər ay isə 621 manat ödəniş etməliydim. Hər ay ödənişimi vaxtlı vaxtında edirdim. Yalnız, 2020-ci ilin aprel ayının ödənişini məlum pandemiya səbəbindən edə bilmədim. Ötən il həmçinin, Prezident İlham Əliyev “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli 1950 nömrəli Sərəncam imzaladı. Mərkəzi Bank da Prezidentin sərəncamı əsasında 25 aprel 2020-ci il tarixində koronavirus pandemiyası şəraitində əhalinin və biznesin dəstəklənməsi istiqamətində əlavə tədbirlər barədə qərar qəbul etdi.
Qərara görə, borcalanın maliyyə vəziyyətindən və kreditin restrukturizasiya edilməsindən asılı olmayaraq, kreditin keyfiyyəti 30 sentyabr 2020-ci ilədək pisləşdirilməyəcəkdi. Aprel ayından sonra aybaay ödənişlərimi etməyə başladım. 2020-ci ilin sonuna kimi lizinq şirkəti borclu olduğuma, əlavə faizlər hesablandığına və cərimə yazılmasına dair mənə heç bir xəbərdarlıq etmədi. Bu zaman aldığım avtomobilimə görə hər ay etibarnamə də verirdilər. İlin sonunda mənə məlumat verdilər ki, sənin qrafikdə nəzərdə tutulmamış ödənişin qalıb.
Şirkətin əməkdaşı ilə apardığım söhbət zamanı mənə bildirildi ki, 2021-ci ilin yanvar ayının ödənişini fevral ayında edim və bu zaman 2 min manat ödəniş etməklə qrafikə uyğun borcumu da tam ödəyim. Onların dediyi kimi ödəniş etdim. Amma bu ödənişdən sonra da mənə bildirildi ki, yenə borcun qalıb. Deməli, mən 760 manat aprel ayına görə ödəmədiyim ödənişi etmişəm. Mart ayında 650 manat ödəniş etdikdən sonra mənə bildirdilər ki, 1050 manat da ödəyəndən sonra qrafikə düşəcəyəm və bu ilin aprel ayının da qrafikə uyğun ödənişini etməliyəm. Amma qrafikə görə, bu ilin aprel ayının ödənişini etdikdən sonra 4494 manat borcum (əsas və faiz borcları ilə birlikdə) qalmalıydı. Amma lizinq şirkəti mənim hazırda 6300 manatdan artıq borcum qaldığını deyir”.
Mehdi Muradovun dediyinə görə, lizinq şirkəti ona 2 min manatdan çox faiz və cərimə hesablayıb. Şikayətçi əlavə faiz və cərimələri qanunsuz hesab edir və lizinq şirkətinin ona qarşı özbaşınalıq etdiyini bildirir.
“Ekolizinq” MMC-nin direktoru Pərvin Bədirxanov Qaynarinfo-ya açıqlamasında Mehdi Muradovun şikayətinin əsassız olduğunu deyir:
“Birincisi, biz lizinq təşkilatıyıq. Lizinq təşkilatı müstəqil təşkilatdır. Mərkəzi Bank, Maliyyə Palatası və başqa bir təşkilata tabeçiliyi yoxdur. İkincisi, müstərinin məşğul olduğu fəaliyyət sahəsi pandemiya güzəştlərinə aid edilmir. Biz buna baxmayaraq, Mehdi Muradova yazılmış 600 manat cəriməni bir dəfə güzəşt etmişik və bu günə qədər yazılan cərimələri də güzəşt etməyə hazırıq. Bir şərtlə ki, gəlib bizdən yazılı xahiş etsə. O, gecikdirdiyi əsas məbləğə hesablanan faiz məbləğidir. O adamı mən qəbul etmişəm və ona da borcu ödədikdən sonra hesablanmış cərimələri keçəcəyimizi demişəm. Özü də bilir. 150 manat cəriməni keçirəm, qalan əsas məbləğlə faiz məbləği toxunulmazdır. Dövlətin hakimi, məhkəməsi belə faiz məbləğinə əl vura bilmir. Cərimənin 10-20 faizini keçir, amma biz cərimənin hamısını keçirik”.
Mehdi Muradov isə onun 600 manat yox, 550 manat cərimənin güya silindiyini, əslində ona heç bir güzəşt edilmədiyini və ondan qrafikdə nəzərdə tutulmamış 2 min manatdan çox əlavə ödəniş istənildiyini deyir…
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024