Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (22-03-2021, 12:46)
“Azəri tikinti” MMC -nin qanunsuzluğunun arxasında hansı deputat dayanır?

“Azəri tikinti” MMC Bakı sakinini 29 ayda 200 min manat gəlirdən edib
Kimsə düşünə bilər ki, belə şeylər olsa-olsa ancaq Afrikada, Latın Amerikası ölkələrində baş verə bilər. Ancaq yox, Azərbaycanda da oxşar özbaşınalıqlar, insanların haqqına və əmlakına, malına yanakı deyil, birbaşa qəsd edilə bilirmiş – əgər arxanda məşhur və var-dövlətinə görə qüdrətli bir deputat, ya məmur dayanırsa…

Bakı şəhər sakini Məmmədli Tacnur Dilqəm qızının “Bakı-Xəbər” qəzetinə etdiyi müraciətin ardınca bu qədər yürüməz, onun başına gətirilən müsibəti yüzlərlə adi əmlak mübahisələrindən biri kimi qəbul edib yola verərdik… Ancaq bu mümkünmü? Ölkə Prezidenti indi hər bir vətəndaşın qanuni haqq və hüquqlarının mühafizəsinə dövlətin ali prioriteti kimi baxırsa, biznesin məmurlar və deputatlar tərəfindən qanunsuz himayə edilməsi hallarına barışmaz baxırsa, vətəndaş məmnunluğuna ölkəmizin hüzr və rifah dolu sabahının əsas təminatçısı kimi yanaşırsa, qanunsuzluqlara və neqativlərə qarşı barışmaz mübarizədə medianı və jurnalistləri “öz köməkçisi” sayırsa, əsl zülmə düçar edilmiş bir vətəndaşın müraciətini yola vermək əsla mümkün və ədalətli olmazdı…

Heç bir məhkəmə qərarı olmadan vətəndaşın qanuni üçmərtəbəli əmlakını zora salaraq dağıtmaq, 29 ay ərzində onu dövlət və özəl qiymətləndirici qurumların rəsmən təsdiq etdikləri kimi… təkcə 200 min manatdan artıq icarə gəlirindən məhrum etmək, üstəlik, onu hələ məhkəmələrə də çəkmək nə deməkdir? Ərazidə tikinti aparmaq haqda icra hakimiyyəti ilə sazişi bir tikinti şirkəti imzalayır, vətəndaşın üçmərtəbəli əmlakını isə başqa bir şirkət gəlib darmadağın edir. Bu boyda qanunsuzluğa hətta ad vermək çətindir. Ancaq adı var. Bunun adı “qüdrətli himayəyə söykənərək hamını, hər şeyi ayaqlamağa hazır olan vəhşi biznesin tüğyanıdır”…

Redaksiyamıza Bakının Nəsimi rayonunda cərəyan edən, 2018-ci ildən indiyə qədər süründürülən, mahiyyəti isə, sadəcə, bir vətəndaşın qanuni mülkiyyət haqqının cəngəllik qaydaları ilə ayaqlar altına atılmasından ibarət bir işin materialları göndərilib. Təsəvvür edin ki, məhkəmə qərarı olmadan, vətəndaşın rəsmi razılığı alınmadan, onun iddiasına görə, ayda 5 min manatdan artıq icarə gəliri verən əmlakı yerlə yeksən edilir. Həm də bilirsinizmi hansı qeyri-şəffaf üsullarla? Köhnə binaları yeniləmək adı altında bir şirkət 2018-ci ilin fevralında Nəsimi Rayon İcra Hakimiyyəti ilə rəsmi tikinti sazişi imzalayır, üstündən heç 6 ay keçməmiş, həmin ilin sentyabrında həmin şirkət başqa bir şirkətə qoşularaq, vəkilin çox gülməli formada izah etdiyi kimi “özünü genişləndirərək” hüquqi varisə çevrilir və tam yeni adla vətəndaşın milyonlarla dəyəri olan 367 kv. metrlik əmlakını uçub dağılmaq həddinə gətirir.

Nazirlər Kabinetinin qərarı ilə bir neçə rayonda, o cümlədən, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi 19 ünvanında köhnə binaların yerində yenilərinin tikilməsi sözsüz ki, Bakının gözəlləşməsinə xidmət edən layihədir. Lakin belə layihələr hökumət qərarında da deyildiyi kimi, tikinti şirkəti tərəfindən hər bir sakinlə razılaşma əldə olunandan sonra aparılmalıdır. Halbuki, konkret halda “Pilot1” və ya “Azəri tikinti” MMC vətəndaş Tacnur Məmmədli ilə heç bir razılaşma əldə etmədən onun üçmərtəbəli şəxsi əmlakının üç tərəfində çoxmərtəbəli binaların tikintisi üçün dərin katlavanlar qazaraq, nəticədə T. Məmmədlinin mülkiyyətinin uçularaq fotolarda gördüyünüz hala düşməsinə səbəb olub. Bütün hallarda, mülkiyyət sahibi olan vətəndaşla razılaşmasız, məhkəmə qərarı olmadan onun əmlakına ziyan vuran hərəkətlər qanunlara ziddir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024