Karusel / Slayd (10-03-2021, 11:10)
Mədniyyət Nazirliyi ilə “tender kralı” arasında sövdələşmə
Mədəniyyət Nazirliyinin Lənkəran Regional İdarəsi “Cənub 2000” MMC ilə toplam maliyyə dəyəri 25 519 AZN olan iki müqavilə bağlayıb. "Mediatv.az" xəbər verir ki, müqavilələrdə “digər kommunal xidmətlər” və “Kompüter proqram təminatlarının alınması” nəzərdə tutulur.
“Cənub 2000” MMC şübhə dövlət satınalmalarında istifadə olunan şirkət kimi tanınır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, MMC 5 iyul 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Masallı rayonunun Şıxlar kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi isə Mirzəyev Qadir Nüsrət oğludur.
Araşdırmalarımız zamanı bəlli olub ki, “Cənub 2000” MMC əsasən ölkənin cənub bölgələrində populyardır. Yəni, Masallı, Lənkəran və Astara rayonlarının yerli hakimiyyət orqanları müraciət edir. Bu da MMC-nin qaranlıq məqsədlərə xidmət etməsi barədə şübhələri artırır.
“Cənub 2000” MMC-nin qanuni təmsilçisi əvvəllər Səfərov Elnur Elşad oğlu olub. O, şirkətə rəhbərlik etdiyi dövrdə 40-a yaxın tenderin qalibi olub. Bu hələ ictimailəşən satınalmalrdır. Elnur Səfərovun Qadir Mirəzyevlə əvəzlənməsinin dəqiq səbəbləri bəlli deyil. Amma bəzi ehtimallara görə, onun adı tender oyunlarında çox hallandığına görə MMC-nin rəhbərliyinin əvəzlənməsi zərurəti yaraıb.
Qadir Mirzəyev haqqında isə açıq mənbələrdə hər hansı məlumat yoxdur.
“Cənub-2000” MMC-nin Lənkəranın icra başçısı Taleh Qaraşova bağlılığı barədə də iddialar var.
Mədəniyyət Nazirliyinin Lənkəran Regional İdarəsinin belə bir şirkətlə müqavilə bağlaması bu iddiaların əsassız olmadığına şübhələri artırır. Hər halda Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi xüsusi əməliyyat zamanı əsasən dövlət satınalamlarında həyata keçirilən maxinasiyalar qabardılmışdı. DTX-nın həbs etdiyi şəxslərdən biri də nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə idi…

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024