Karusel (1-11-2014, 20:15)
Azərbaycanlı vəkil qalmaqalla üzləşib- Rusiyada
Rusiya Vəkillər Palatasının üzvü, milliyətcə azərbaycanlı olan vəkil Elman Paşayev ona qarşı “Redisson-Slavyanskaya” şirkətinin direktor müavini Mixail Vasilyevin göstərdiyi təzyiqlərə etiraz olaraq Moskva İstintaq Komitəsinin binasındakı otaqlardan birini bağlayıb və oradan çıxmaqdan imtina edib.
“Mediatv.az” modern.az-a istinadən xəbər verir ki, etiraz etməsinə səbəb kimi Paşayev “Avropa” Ticarət Mərkəzində Vasilyevin adamları tərəfindən döyülməsi və hüquq-mühafizə orqanlarının buna qarşı heç bir tədbir görməməsidir.
Azərbaycanlı vəkil iddia edir ki, ona qarşı təzyiqlərin səbəbi Mixail Vasilyevdən boşanmaq istəyən həyat yoldaşı Qalina Vasilyevanın vəkili olmasıdır. Paşayev qeyd edir ki, boşanma prosesində Qalina Vasilyevanıın vəkili kimi çıxış etdiyi üçün dəfələrlə döyülüb və ailə üzvləri hədələnib.
Bu, Elman Paşayevlə bağlı ilk qalmaqal deyil. 2013-cü ilin fevralında Paşayev Moskvanın Odinçovo rayon Polis İdarəsinə şikayətlə müraciət edərək öz malikanəsində Çeçenistan Respublikasının Rusiya prezidenti yanındakı səlahiyyətli nümayəndəsi Adlan Maqomadov və Dövlət Dumasının deputat köməkçisi Aleksandr Uqliç tərəfindən döyüldüyünü bildirib.
Moskva Vəkillər Palatası isə 2011-ci il noyabrın 17-dən Elman Məhərrəm oğlu Paşayevin vəkillik lisenziyasının ləğv olunduğunu bildirib.