Bir neçə gün əvvəl “Zakir Fərəcov və qohumları Sumqayıtın küçələrini necə “çıl-çıraq” edirlər? - Böyük Korrupsiya” adlı yazı dərc etmişdik.
Məqalədə bildirilirdi ki, Sumqayıtın işıqlandırırlması üçün 2019-cu ilin noyabr ayından 2020-ci ilin həmin ayına qədər satınalmalar yolu Xidmət Sahəsi ilə “İNTERKABEL” firması arasında 1 125 979 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.
Mətbuatda yazılan faktlara baxmayaraq 3 gün əvvəl İNTERKABEL” firması yenidən Sumqayıtın işıqlandırılması ilə bağlı tenderin qalibi elan olunub. Satınalmalar üzrə Dövlət Agentliyininn rəsmi veb saytında dərc olunan məlumata görə Sumqayıt şəhərinin işıqlandırılması üçün elektrik avadanlıqlarının alınması məqsədi ilə 16.02.2021-ci il tarixində keçirilən, 295 561.63 AZN dəyərində olan tenderi “İNTERKABEL” firması qazanıb.
Xatırladaq ki, yerli mətbuatın yazdığına görə “İNTERKABEL” firması qeyri rəsmi olaraq Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi, icra başçısının bacısı oğlu Hüseyn Həsənova aiddir. Sumqayıtın işıqlandırılması ilə bağlı əksəriyyət tenderlərin də nizamnamə kapitalı 20 manat olan bi şirkəıtin qazanması da bu üzdən baş verir və bu tenderlərin əslində korrupsiyaya bulaşdığı da böyük şübhə yaradır.
Hətta bütün bu qanun pozuntularını belə bir kənara qoya bilərik. Məsələ ondanır ki, 3 gün əvvəl, yəni fevralın 16-da 295 561.63 AZN dəyərində olan tenderi qazanan “İNTERKABEL” firmasının dövlətə 7 834.22 AZN vergi borcu var.
Qeyd edək ki, “Dövlətsatınalmaları haqqında qanunun” 6. 2. 5-ci maddəsinə əsasən dövlətə vergi borçları olan şirkətlərin elan edilən tenderlərdə iştirakı qadağandır. Yəqin ki, bunu Satınalmalar üzrə Dövlət Agentliyi də, Maliyyə Nazirliyi də və tenderlərə nəzarət edən digər dövlət qurumları da bizdə çox-çox yaxşı bilirlər. O zaman sual olunur: Dövlətə vergi borcu olan bir şirkət 3 gün əvvəl keçirilən tenderi necə qazanıb? Bu qanunsuzluğa kim göz yumub?
Qeyd edək ki, ötən həftə İqtisadiyyat naziri Mikayıl Cabbarov “Postpandemiya dövründə vergi sistemi” konfransında çıxışı zamanı tenderlərin keçirilməsində şəffaflığın təmin olunmamasına və bu sahədə olan nöqsanlara diqqət çəkərək birldirmişdi ki, kiçik və orta bines dövlət sifarişlərinə daha çox cəlb edilməlidir. Lakin gördüyümüz kimi “tender mafiyası” öz işindədir və qanunlara tərəf gözücü da olsa baxmırlar…
pia.az
Karusel (19-02-2021, 13:12)
Zakir Fərəcovun dövlətə vergi borcu olan şirkəti yenidən yağlı tikə “udub”
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024