Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (1-02-2021, 16:30)
Astarada icra hakimiyyətinin vəzifəli şəxsinin şok əməlləri - TƏFƏRRÜAT

Astarada icra hakimiyyətinin vəzifəli şəxsinin şok əməlləri
Astara rayon İcra hakimiyyəti başçısının Siyəkü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xanəhməd Zahirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Xanəhməd Zahirov 20 aprel 2009-cu il tarixdən Astara rayon İcra hakimiyyəti başçısının Siyəkü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək qərarına gəlib.

B məqsədlə Xanəhməd Zahirov 2013-cü ilin oktyabr ayında həmin kənd sakini Mühiddin Zahirovun atası Nurullanın uzun müddət istifadəsində olmuş, atası uzun müddət əvvəl öldüyünə görə ondan qalmış həmin kənddə yerləşən torpaq sahəsinin 0,06 hektarının həyətyanı torpaq sahəsi kimi onun adına rəsmiləşdirilməsinə köməklik göstərilməsinə dair müraciəti ilə əlaqədar qeyd edilən məsələni özünün həll edəcəyini yalandan bildirib.

O, həmin adla 2013-cü ilin noyabr ayında Astara rayon İcra hakimiyyəti başçısının Siyəkü kəndi üzrə nümayəndəliyinin həmin kənddə yerləşən inzibati binasında Mühiddin Zahirovdan 2.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 1.560 manat məbləğində pul vəsaitini alıb.

Xanəhməd Zahirov görəcəyi işə inandırmaq üçün vəzifəli şəxs kimi istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Astara rayon torpaq şöbəsinə aid möhürlə təsdiqlənməsi görüntüsü yaradan 18 may 1996-cı il tarixli aktın məzmununa tamah niyyəti ilə Mühiddin Zahirovun ayrıca təsərrüfata və ev tikməsinə ehtiyacının olması ilə əlaqədar Astara rayonu Siyəkü çayçılıq sovxozunun ərazisindən 0,06 hektar torpaq sahəsinin Astara rayon Sovetinin 15 aprel 1992-ci il tarixli 2 saylı qərarı ilə ona verilməsi barədə bilə-bilə yalan məlumatlar daxil edib.

Xanəhməd Zahirov aktda olan “XXX” qrafasının qarşısında özü şəxsən imzalayıb, “1. V.Qasımov” və “3. Ə.Həmzəyev” qrafalarının qarşısındakı imzaları isə qəsdən fərqli imzalar çəkməklə, həmin aktı istintaqa məlum olmayan şəraitdə əldə etdiyi Dövlət Torpaq Komitəsinin Astara rayon torpaq şöbəsinə aid olması görüntüsü yaradan mərkəzində keçmiş SSRİ-nin gerbi, kənarında isə latın qrafikalı Azərbaycan əlifbası ilə “Azərbaycan Respublikası Dövlət torpaq komitəsi Astara rayon torpaq şöbəsi” yazıları olan saxta möhürlə birbaşa relyef klişe ilə möhürləməklə və Mühiddin ZaZahirova imzaladıb, ona təqdim edib.

Bundan başqa, Xanəhməd Zahirov həmin vəzifədə işləyərkən, 2017-ci ilin may ayında həmin rayonun Marzasəy kəndində yaşayan tanışı Ziyad Cabbarovun həmin kənddə faktiki istifadə etdiyi 0,06 hektar torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınmasında köməklik göstərilməsinə dair ona müraciəti ilə əlaqədar Ziyad Cabbarova özünün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsinin rəhbər vəzifəli şəxsi ilə yaxın münasibətlərinin olmasını, həmin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Ziyad Cabbarovun xeyrinə edəcəyi hərəkətə görə özünün vasitəsilə birbaşa yolla maddi nemət olan 400 manat məbləğində pul verilməsi müqabilində ona həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışı ala biləcəyini bildirib.

Xanəhməd Zahirov həmin adla 2017-ci ilin may ayında Astara rayon İcra hakimiyyəti başçısının Siyəkü kəndi icra nümayəndəliyinin həmin kənddə yerləşən inzibati binasında Ziyad Cabbarovdan 400 manat məbləğində pulu alıb. O, inandırmaq üçün vəzifəli şəxs kimi istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsinin möhürü ilə təsdiq edilməsi görüntüsü yaradan 0,06 hektar torpaq sahəsinin koordinatları və yerləşmə ərazisini özündə əks etdirən şəraitdə kompyuterə quraşdırılmış skaner qurğusu vasitəsilə kompyuterin yaddaşına köçürülməklə mətnində olan yazıların silindikdən sonra çap qurğusu (printer) vasitəsi ilə surətinin kağız daşıyıcı üzərində çıxarılaraq mətninə istintaqla müəyyən edilməyən şəxsə guya Astara rayon Marzasəy kənd sakini Ziyad Cabbarov üçün alqı-satqı yolu ilə ayrılmış torpaq sahəsinin çay və yolun əhatəsində 0,06 ha sahədə yerləşməsinə dair yazı mətni və qrafik xətlər çəkdirməklə bilə-bilə yalan məlumatlar daxil edib, həmin planda olan “Astara rayon Torpaq və Xəritəçəkmə şöbəsinin müdiri: E.Quliyev” və “Astara rayon Torpaq və Xəritəçəkmə şöbəsinin mütəxəssisi: T.Nəhmətov” qrafalarının qarşısında qəsdən fərqli imzalar çəkib, həmin planı qəsdən Ziyad Cabbarova da imzaladıb ona təqdim edib.

İstintaq orqanı tərəfindən Xanəhməd Zahirovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 32.4, 312.1-ci (iştirakçılıq; rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Astara rayon Məhkəməsinin hökmü ilə Xanəhməd Zahirovun ittiham olunduğu Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin edilməyib.

Digər maddələrlə təqsirli bilinən Xanəhməd Zahirov 2 min manat miqdarında cərimə olunub.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror portestində Xanəhməd Zahirovun cəzasının ağırlaşdırılmasını istəyib.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti qismən təmin edilib və Astara rayon Məhkəməsinin hökmü dəyişdirilib.

Xanəhməd Zahirovun barəsində olan cərimə cəzası 5100 manata qədər artırılıb.

Bu qərardan narazı qalan zərərçəkmiş Mühidddin Zahirov kasasiya şikayəti verib. O, təqsirləndirilən şəxsin barəsində əlavə cəza təyin olunmasını istəyib.

Məhkum Xanəhməd Zahirov da kasasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan iclasda tərəflərin şikayəti araşdırılıb.

Hakim heyəti sonda hər iki şikayətin təmin edilməməsi barədə qərar qəbul edib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024