Karusel / Slayd (22-01-2021, 09:48)
"Azərxalça"da ilginc korrupsiya ilmələri... - İTTİHAM
“Azərxalça" yaxın gələcəkdə rentabelli, ölkəmizə ciddi valyuta gətirən böyük quruma çevriləcək”. Bunu 2019-cu il, martın 5-də “Azərxalça” ASC İdarə Heyyətinin sədri Vidadi Muradov “Azərtac”a müsahibəsində demişdi. 2 il keçmədi, 2021-ci il, yanvarın 9-da, Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatında V. Muradovun həbsi xəbəri verildi. “Azərxalça” isə nə rentabelli, nə də ölkəyə ciddi valyuta gətirən quruma çevrildi.
Rəsmi məlumata görə, V. Muradovun həbsi bir neçə faktla bağlı idi: 1) Xalça istehsalı üçün ipin formal müqavilələr üzrə alqı-satqısı. Ziyan: 1 149 000 manat.
2) Təsisçisi olduğu “Azər-İlmə” MMC-yə xalçaların ucuz satılması. Ziyan: 339 427 manat
3) Yun təmizləmə xəttinin sərf etməyən qiymətə alınması. Ziyan: 2 084 000 manat. Beləliklə, İdarə Heyətin sədri vəzifəsində çalışdığı dövrdə (2016-ci il, dekabrın 6-dan fəaliyyətə başlayıb) V.Muradovun şirkətə vurduğu birbaşa ziyanın məbləği 3 572 427 manat təşkil edib.
Bəs şirkət barədə nə bilirik?
“Azərxalça” ASC prezidentin 2016-ci il, mayın 5-də imzaladığı sərəncama əsasən yaradılıb. Sərəncama görə mövcud “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyi ləğv edildi və onun bazasında açıq səhmdar cəmiyyəti quruldu. Məqsəd, “Azərbaycan Respublikasında xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə” yetirmək idi. Elə həmin ilin iyununda V.Muradov cəmiyyətin İdarə Heyətinin sədri təyin olundu. Şirkətin nizamnaməsi və strukturu isə Nazirlər Kabineti tərəfindən 2016-ci ilin oktyabrında təsdiqləndi.
O zaman dövlət büdcəsindən şirkətə nizamnamə kapitalının formalaşması üçün 15 milyon manat ayrılmışdı. Sonrakı illərdə də “Azərxalça”ya dövlət büdcəsindən xeyli vəsait verilirdi. Şirkətin öz hesabatına görə, 2017-2018-ci illərdə investisiya məqsədlə “Azərxalça”ya 68 milyon manata kimi vəsait ayrılıb. 2019-cu ildə əlavə olaraq, 46,2 milyon manat verilməli imiş, amma niyəsə verilmirmiş.
Hesablama Palatası isə qeyd edir ki, 2019-cu ilin 9 ayı ərzində “Azərxalça” ASC dövlət əsaslı vəsait qoyuluşu üzrə ayrılmış məbləğin 38,1%-ini istifadə edib. Ancaq 2019-cu il, dekabrın 29-da prezidentin sərəncamı ilə Yunəyirici-boyaq fabrikinin tikintisi üçün 17,5 milyon manat ayrıldı. Nəticədə vəsaitdən istifadə faizi iki dəfədən çox artdı; 31,7 milyon manat təşkil etdi.
Rəqəmlər göstərir ki, 2016-2019-cu illərdə (2020-ci ilə dair məlumat yoxdur) –4 il ərzində “Azərxalça” dövlət büdcəsindən birbaşa olaraq, 114,9 milyon manat vəsait alıb.
114,9 milyon nəyə xərcləndi?
“Azərxalça”nın hesabatlarına baxırıq: 2019-cu il üçün maliyyə hesabatı yoxdur, amma 2017-2018-ci illərdə şirkət satışdan 486 388 manat qazandığını bildirir. Baş Prokurorluğun məlumatına görə məhz bu dövrdə “Azərxalça” ASC “Azər-İlmə” MMC-yə ziyanlı satış edib--xalçaları 339 min manat ucuz satıb. Ucuz satılmasaydı, satış, ən yaxşı halda, 1 milyon manata qədər olardı.
Ətraflı məlumat verilmir, amma açıqlanan rəqəmlər göstərir ki, ümumilikdə şirkət 2 ilə yarım milyon manata yaxın satış edib. Satışın maya dəyəri 647,5 min manat olub. İnzibati və əməliyyat xərcləri isə 2,2 milyonu üstələyib. Deməli, hər bir halda—hətta satış tam həcmdə həyata keçirilsəydi belə, zərəri örtmək mümkün olmazdı. Bəlkə satış ümumiyyətlə olmayıb?
Dövlət büdcəsindən “Azərxalça” ASC-yə ayrılmış investisiya vəsaitləri
(Şəkildə Vidadi Muradov "Azərxalça"nın açılış törənindən sonra Prezidenti müşaiyət edir)
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə heç istehsal da normal formalaşmayıb. V. Muradovun sözlərindən belə çıxırdı ki, hər bir filialın istehsal gücü illik 3 min kvadrat metr xalça təşkil etməlidir. Bu da 21 filial üçün illik 93 min kvadrat metr deməkdir. Reallıq bu rəqəmlərə yaxın getmir.
V. Muradovun 2020-ci il, martın 12-də verdiyi məlumata görə, şirkətin fəaliyyətə başladığı dövrdən 16 662 kvadrat metr xalça toxunub. Onun da 1919 kvadrat metri satılıb. 2019-cu ildə 21 filial 2555 ədəd xalça toxuyub. Bu xalçaların ümumi sahəsi isə 8836 kvadrat metr olub. Bu, 2018-ci il ilə müqayisədə bir qədər çoxdur (Novruz Məmmədovun Nazirlər Kabinetinin hesabatında səsləndirdiyi rəqəm 5,5 min kvadrat metr idi), amma Azərbaycan miqyasında çox azdır. Müqayisə üçün keçmişə baxaq: 2005-ci ildə Azərbaycan 630,6 min kvadrat metr xalça istehsal etmişdi. Sovet dövrü ilə müqayisə heç olmur, 3-4 milyon kvadrat metr xalça istehsal edilirdi.
Üstəlik, “Azərxalça”nın statistikası ilə DSK-nın verdiyi məlumat nəinki üst-üstə düşmür, çox fərqlidir. Şirkət 2019-cu 8,8 min kvadrat metr xalça toxunduğunu bildirirsə, DSK 3 min kvadrat metrdən danışır. Bütün bunlar bir yana, rəsmi məlumata görə, xalçaların yalnız 11,5%-i satılıb, təxminən daha 15%-i 2020-ci ilin birinci rübü üçün satışa hazırlanıb. Qalan xalçalar isə anbarlarda qalıb.
2016-cı ildə 4 xalça satılıb?
Xalçaların sayına gəldikdə, Azərxalça ASC-nin saytında “Xalçaların reyestri” adlı bir sənəd mövcuddur. Sənədə görə illər üzrə istehsal belədir:
2016 – 4 ədəd
2017 – 277 ədəd
2018 – 1442 ədəd
2019 – 2569 ədəd
Göründüyü kimi, “Azərxalça”nın satışı çox da geniş olmayıb. 2020-ci ilin martında 1919 kavdrat metr xalçanın satılmasə barədə məlumat verilib, əvvəlki il bu göstərici 1234 kvadrat metr olub. 2019-cu ildə istehsalın az qala 2 dəfə artmasına baxmayaraq, satış 2 dəfə azalıb. Şirkətin mətbuat xidmətinin rəhbəri də o zaman satışların rentabelli olmadığını bildirmişdi.
Qiymətlər barədə dəqiq məlumat verilmir. Xaricə ixrac olunan xalçaların dəyəri haqda məlumat var. Kimyəvi materiallardan istehsal olunan xalçaları hesablamasaq, digər materiallardan olan xalçaların 1 kvadrat metrinin qiyməti 27-58 dollar arasında dəyişir (bu rəqəmlər 2020-ci ilin 10 ayına aiddir). Məbləğin hansı hissəsinin məhz “Azərxalça” ASC-nin payına düşdüyü açıqlanmır.
“Azərxalça”, yoxsa “Azər İlmə”?
V. Muradov “Azərxalça”ya təyinatdan əvvəl xalça istehsalı ilə məşğul olan “Azər İlmə” MMC-nin direktoru, MMC-nin saytında verilən məlumata görə, həm də təsisçisi olub. Bu şirkət 1994-cü ildən fəaliyyət göstərir. Gəncədə, Abşeron, Qazax, Quba, Lerik, Şəki və digər rayonlarda emalatxanaları var.
Kommersiya hüquqi şəxslərin reyestrinə görə, şirkətin nizamnamə kapitalı 683,6 min manat təşkil edir. Maraqlısı odur ki, “Azər İlmə” MMC-nin rəsmi saytının “Əlaqə” bölməsində göstərilən ünvan --Bakı ş., AZ 1110, Şəmsi Rəhimov küçəsi, 2 “Azərxalça”nın 2019-cu ilə qədərki rəsmi ünvanıdır. “Azərxalça” ASC-nin rəsmi hüquqi ünvanı yalnız fabrikin tikintisindən sonra Sumqayıt şəhəri, Kimyaçılar küçəsi ev 1-ə keçib. 2019-cu ilin yanvarın 23-nə kimi hüquqi ünvan qismində “Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi 2, AZ1110” göstərilirdi.; “Kommersiya hüquqi şəxslərin reyestrinə görə şirkətin hüquqi ünvanı “NƏRİMANOV RAYONU, AK. HƏSƏN ƏLİYEV, ev 99, m. 21”-dir.
Beləliklə, son 4 il ərzində dövlət büdcəsindən “Azərxalça”ya 115 milyon manat vəsait ayrılıb. Amma milyonlar sərf olunsa da, son 15 ildə Azərbaycanda xalça istehsalı 525 dəfə azalıb. 2019-cu ilədək “Azərxalça”nın hüquqi ünvanı Vidadi Muradova məxsus olan “Azər İlmə” MMC-nin ünvanında yerləşib.
Toğrul Vəliyev
Vidadi Muradovun rəis oğlunun torpaq qalmaqalı...
"Təzadlar" xatırladır ki, V.Muradovun oğlu, polis polkovniki Cavid Muradov Səbail Rayon Polis İdarəsi rəisi vəzifəsində işləyir (bundan əvvəl Mingəçevir şəhər Polis Şöbəsinin rəisi olub). Atası korrupsiya cinayətlərinə görə həbs ediləndən sonra istefa verdiyi bildirilirdi. Amma DİN bunu təkzib etdi, amma bəzi KİV-lərdə istefa ərizəsi yazdığı da deyilir... Hələki onun işdən azad edilməsi ilə bağlı daxili işlər naziri Vilayət Eyvazovun əmrinə rast gəlməmişik.
Odur ki, hələki onun rəis olduğunu qeyd etməliyik. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamaya görə, hələlik bununla bağlı rəsmi bir məlumat da yoxdur.
Beləliklə, Cavid Muradovun torpaq qalmaqalı ilə bağlı "Təzadlar"a daxil olan şikayət məktubu diqqətimizi çəkdi. Bu barədə zərərçəkənin vəkilinin geniş açıqlaması olacaq. Hələlik isə qeyd edək ki, vətəndaş R.Abdulqədimovun dövlət qiymətləndirməsi ilə 120 min manat dəyərləndirilmiş 58 sot torpaq sahəsi Oğuzun Xal-Xal kəndi ərazisindədir. Onun qeyd edilən torpaq sahəsini etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirənlər bütün işi rəis Cavid Muradovun adından etdiklərini nəinki deyiblər, eləcə də həmin torpaq üzərində rəis Cavid Muradovun istirahət obyekti tikiləcəyini bildiriblər. Bütün bu qalmaqalın baş qəhrəmanı isə rəisin adından istifadə edib vəzifəsinə güvənən İbrahimov Nizami Ədalət oğlu həmin torpaq sahəsini anasının adına -mülkiyyətinə də keçirilib və s. R.Abdulqədimov isə deyir ki, "Nizami İbrahimovla rəsi Cavid Muradov Bakıdakı H.Əliyev küçəsində "Bakı Medikalplaza"nın yanında qonşudurlar, bir dəfə isə N.İbrahimovla evlərində görüşəndə Cavid Muradov qara maşında gəldi, Nizami mənə dedi ki, rəisin adamları və arxası var, başın aörayacaq, onsuz da sən bizə heç nə edə bilməyəcəksən, get bu işi unut... Dəfələrlə ona həmin torpağın Dövlət Aktı və mülkiyyət şəhadətnaməsi ilə mənə məxsus olduğunu desəm də, o, açıq şəkildə bildirib ki, sən nə danışırsan, qanun da, məhkəmə də bizik, rəisdir, onun atasıdır-"Azərxalça"nın direktoru... Sonradan bildim ki, güvəndikləri elə qanunu pozanlar imiş, Baş Prokurorluq rəisin atasını bu yaxınlarda 5 milyonluq yeyinti ilə həbs etdi...".
Rəsmi sənəd və digər maddi sübutlarla təmin edilmiş şikayət ərizəsi isə Prezident İlham Əliyevə, Baş Prokuror Kamran Əliyevə və daxili işlər naziri Vilayət Eyvazova ünvanlıdır. Təbii ki, surəti də "Təzadlar" qəzetinə... Şikayətçi R.Abdulqədimov redaksiyamızda olarkən başına gətirilmiş müsibətlərlə bağlı əməkdaşımıza ətraflı müsahibə verib. Daha geniş araşdırma yazısını "Təzadlar"ın növbəti sayında oxuya bilərsiniz.
"Təzadlar"ın Araşdırma Qrupu

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024