Karusel (22-10-2014, 20:57)
“Rusiya Gürcüstanı bütövlükdə işğal etmək istəyir”
Gürcüstan prezidenti Yaponiyada rəsmi Moskvanın işğalçılıq siyasətindən danışıb.
“Rusiyanın yeritdiyi siyasət ona gətirib çıxarıb ki, az qala hər gün dünyanın siyasi xəritəsindəki rənglər dəyişir”, bu barədə Gürcüstan prezidenti Giorgi Margvelashvili oktyabrın 21-ində Yaponiyada keçirdiyi mətbuat konfransında deyib. “Новости-Грузия”nın yaydığı xəbərdə bildirilir ki, prezident Rusiyanı işğalçılıq siyasəti yeritməkdə ittiham edib: “Krım bu gün başqa rəngdədir, Donetsk və Luqansk da həmçinin. Abxaziya və Cənubi Osetiyanın da əvvəl rəngi başqa cür idi. İndi onlar bu rəng dəyişikliyini davam etdirmək istəyirlər”.
Prezidentin sözlərinə görə, bütün bunlar dünyada qeyri-stabil vəziyyət yaradıb. Və hadisələrin bu cür gedişi “heç Rusiyaya da yaxşı gələcək vəd etmir”.
“Bu ilin əvvəlində biz Ukraynada Rusiyanın yeritdiyi aqressiv siyasətin ikinci dalğasının şahidi olduq. Birinci dalğa isə hələ 2008-inci ildə Gürcüstanda həyata keçirilmişdi. Hazırda Rusiya Gürcüstan ərazisində işğalçılıq siyasətini davam etdirir və bütövlükdə Gürcüstanı işğal etməyə çalışır. Nüvə silahına malik olan Rusiya işğalçılıq siyasəti nəticəsində Avroasiya məkanında bir çox ölkələr arasında qorxu və təlaş yaşadır”.
Rəsmi Tbilisi 2008-inci ildə Rusiyanın Cənubi Osetiyanın və Abxaziyanın müstəqilliyini tanımasından sonra rəsmi Moskva ilə diplomatik əlaqələri kəsib. 2012-ci ildə iqtidara gələn yeni nəsil siyasətçilər xalqa vəd etdilər ki, onlar Gürcüstanın ərazi bütövlüyünü təhlükə altına almadan, Rusiya ilə əlaqələri bərpa etməyə çalışacaqlar. Ancaq hələ ki, onlar öz sözlərini tuta bilmirlər.
Musavat.com
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024