Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (4-01-2021, 17:12)
"Başçı qəbul etmədi, deputat isə cavab vermədi" - GİLEY

"Başçı qəbul etmədi, deputat isə cavab vermədi"
“Mənim oğlum Məmmədov Yusif Müşfiq oğlu Vətən müharibəsi qazisidir.Yusif həqiqi hərbi xidmət keçən müddətdə 27 sentyabr 2020-ci il tarixdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanılan müharibədə iştirak edib. 1 oktyabr 2020-ci il tarixdə ağır yaralanıb. Buna görə hospitalda cərrahiyə əməliyyatı olunub. Diaqnozu qapalı fəqərə sütunu onurğa beyin travması olub. Cərrahiyyə əməliyyatından sonra sol aşağı ətrafı yüngül, sağ aşağı ətrafı isə dərin monoparest, çanaq orqanları funksiyasının pozulmasından əziyyət çəkir”.

Bu sözləri Cebhe.info-ya Göyçay rayonu Mallı-Şıxlı kənd sakini, qazi anası Məmmədova Maygül Bahadur qızı deyib. O bildirib ki, oğlu ağır yaralı olduğundan özü təkbaşına hərəkət edə bilmir:

“Ağır yaralı oğlumu bir yerdən digər yerə qucaqda aparırıq, hərəkət edə bilmir. Böyrəkləri işləmir. Oğlum hospitaldan məzuniyyətə buraxılıb. Mənim həkimlərdən heç bir şikayətim yoxdur, əksinə, tam razıyam. Ancaq Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bizim ailəyə qarşı hörmətsizlik etdi. Dəfələrlə onun qəbuluna getsəm də, nə qəbul etdi, nə də kömək göstərdi. Mənə köməkçisi vasitəsi ilə sözü bu oldu ki, biz qazi ailələrinə kömək etmirik, Prezident özü kömək edəcək. Yararsız, qəzalı daxmada yaşayırıq. Döşəməsi torpaq, tavanı isə tam yararsız olan bu daxmada xəstə qazinin yaşaması onun sağalmasına çətinlik yaradır, səhhətini daha da ağırlaşdıracaq”.

Qazi anası bildirib ki, həyat yoldaşı vəfat edib və o, 4 övladını təkbaşına böyüdüb: “Yetimliklə 4 övlad böyütmüşəm. Uzun illərdir Yusif və qardaşı Rəvan fəhləlik edib, həyətdə ev inşa etdirirdik. Yarımçıq qalmış həmin evin hasarı hörülüb, üstü bağlansa da tavanı, döşəməsi, qapıları yoxdur, qazı, işığı çəkilməyib.Buna isə bizim maddi imkanımız yoxdur. İstəyim odur ki, həmin yarımçıq evin bir otağını tezliklə hazırlayaq ki, ağır xəstə olan oğlum Yusif orada yaşasın. Mən icra başçısından buna görə xahiş etmişdim ki, Allah və Vətən xatirinə bizə kömək göstərsin. Ancaq o, bizə qarşı hörmətsiz hərəkət etdi, bizi heç qəbul etmədi. Bir o sözü çatdırdı ki, başçı qazi ailələrinə kömək etmir, bu işlərə Prezident baxır. Mən həmçinin kömək üçün deputat Sabir Hacıyevə də teleqram göndərmişəm.Ancaq o da kömək etmədi”.

Maygül xanım qeyd edib ki, qazi ailəsi olaraq YAŞAT Fonduna müraciət ediblər: “İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə özünü reklam etdirir. Bir-iki qazini yığıb otağına şəkil çəkdirib, özünün əlində saxladığı bir- iki saytda nümayiş etdirib, prezidenti, ictimaiyyəti aldadır. Ancaq əslində Mehdi Səlimzadə vətəndaşa qarşı çox haqsız və laqeyid icra başçısıdır. Sağ olsun qohum-qonşular bizə ərzaq yardımı edirlər”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024