Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (4-01-2021, 13:10)
“İllərlə büdcəni taladılar və heç birinin yetimçəsi cəbhəyə getmədi...”


“İllərlə büdcəni taladılar və heç birinin yetimçəsi cəbhəyə getmədi...”
Aparıcıdan Əli Həsənovun oğlunun ABŞ-da yeni biznes qurmasına reaksiya

Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənlinin ABŞ-a köçərək orada daşınmaz əmlak biznesinə başlaması barədə məlumata reaksiya verənlərdən biri də tanınmış aparıcı Aynur Talıbova olub.

Aparıcı bu barədə özününü "Facebook” səhifəsində paylaşım edib.

"Anlamadığım bir şey var. Niyə bir evdən iki şəhid oldu? Niyə evin tək uşaqları şəhid oldu? Niyə özündən başqa heç kimə faydası olmayan bu mənşəyi bəlli olmayanlar ölkədə prezident köməkçisi vəzifəsinə qədər yüksəlib illərlə büdcəni taladılar və müharibə vaxtı heç birinin yetimçəsi cəbhəyə getmədi?

Niyə də, niyə bu cındır yığını ölkədə yüzlərlə, minlərlə insanın haqqına girdi və tək cəzaları vəzifədən azad edilmək oldu? Niyə? Azərbaycan efir məkanını tolikləşdirən ata-bala Azərbaycan xalqı xidmətlərinizi unutmayacaq!”, - deyə A.Talıbova yazıb.

Qeyd edək ki, ötən gün Əli Həsənovun oğlu Şamxal Həsənlinin ABŞ-da yeni biznesə başladığı barədə məlumatlar yayılıb. Saytların yazdığına görə o, artıq Azərbaycandakı biznes müəssisələrini də satışa qoyub və ölkədən külli miqdarda vəsaiti xaricə çıxarmağa çalışır. Onun yeni biznesini ABŞ-da yaşayan FETÖ-çu dostlarının köməyi ilə qurduğu da qeyd edilib.

Əli Həsənovun ailəsi otel, turizm, qida, təhsil və hazırlıq kursları, radio, qəzet kimi bizneslərə sahib olması ilə tanınır. Bir neçə il əvvəl Əli Həsənov "BBC”nin bu barədə sualına "ailəmin malik olduğu adı çəkilən şirkətlərlə fəxr edirəm”, - deyə cavab vermişdi.(sfera.az)
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024