Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (30-12-2020, 12:37)
Ağsunun tender kralı... - İLGİNC FAKT

Ağsunun tender kralı...
2020-cu ildə Ağsu şəhərində dövlət qurumları tərəfindən ümumi məbləği 1 milyon 139 min 608 manat məbləğində 2 tender keçirilib.

DİA.AZ-ın məlumatına görə, İcra hakimiyyəti 2 tenderə 1 milyon 139 min 608 manat xərcləyib. Bakı Şəhər İcra Hakimiyyətinin keçirdiyi hər iki tenderin qalibi "ATF" MMC olmuşdur.

Ağsu Suvarma Sistemləri İdarəsi ümumi məbləği 1 milyon 257 min 495 manat olan 7 tender müsabiqəsi keçirib. Ən böyük tenderin qalibi "Girdiman Təmir-Tikinti" MMC 286 min 017 manat) olmuşdur.

Dia.az 2020-cu ildə Ağsu Rayonunda keçirilən tenderləri təqdim edir.

Ağsunun tender kralı...

Təsadüfi deyil ki, abadlıq və yol infrastrukturu ilə bağlı işlərə ayrılan pullar ən çox mənimsəmə, korrupsiya riski daşıyan büdcə vəsaitləri hesab olunur. Ona görə də bu sahədə keçirilən tenderlərə, həmin tenderlərdə iştirak edən şirkətlərə və büdcə vəsaitlərinin istifadəsinin şəffaflığına xüsusi önəm verilməlidir.

Ağsu rayonunun abadlaşdırılmasına dair tenderin məhz “ATF” MMC-yə nəsib olması isə ona görə diqqət cəlb edir ki, bu şirkətin adı 2018-ci ilin iyununda Göyçay çayı üzərində avtomobil körpüsünün uçması ilə bağlı açılan cinayət işində keçir.

Belə ki, həmin vaxt məhz “ATF” MMC çay məcrasından material götürüb, qeyri-qanuni fəaliyyət göstərmiş, o cümlədən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 217-ci kilometrliyində çayın üzərində yerləşən körpü keçidinin dayaq və bünövrə konstruksiyalarına və digər qurğulara bir neçə milyon manatlıq ziyan vurmuş əsas şirkətlərdən biri olub.

Hətta mətbuatda sabiq nəqliyyat naziri Ziya Məmmədovun adamı kimi təqdim edilən şirkətin sahibi Azad Muradov dövlətə vurulan külli miqdarda ziyana görə həbs də edilib. Bu şirkətin adı həmçinin “Azəryolservis”ASC-nin rəhbərliyinin də iştirakı ilə həyata keçirildiyi iddia edilən maxinasiyalarda hallandırılıb.

Lakin göründüyü kimi, bütün bunlar Ağsu rayon İcra Hakimiyyətinin 2019-cu ildə keçirdiyi milyonluq tenderin məhz bu şirkətə nəsib olmasına maneə yaratmayıb. Onu da qeyd edək ki, şirkətin qazandığı hər iki tender Ağsunun vəzifəsindən azad edilən sabiq icra başçısı Ənvər Seyidəliyevin rayona rəhbərlik etdiyi dövrdə baş tutub.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024