Bakının Xətai rayonu, Gəncə prospekti 97 ünvanda sürüşmə nəticəsində binalara qalxan 110 piləkən, eyni zamanda binaların həyəti dağılıb. DİA.AZ xəbər verir ki, sözügedən ərazidə bir neçə bina yerləşir. Binalar magistral yoldan yuxarıda, hündürlükdə tikilib. Həmin pilləkənlər də binalara getmək məqsədilə, bina inşa olunarkən beton və daşlardan tikilib.
"Ərazi sürüşmə zonasıdır. Sürüşmə nəticəsində betonlar tədricən dağılırdı. 2 ildir müraciət etsək də, maraqlanan, baxan olmadı. Əyilmiş divar ötən ay yağışlardan sonra dağıldı", - bina sakinlərinin kollektiv müraciətində qeyd olunur.
Şikayətçilər deyiblər ki, yağışlar sürüşməni aktivləşdirir, hər keçən gün vəziyyət daha da ağırlaşır: "Nazirlər Kabineti, Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhərr İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyətinə müraciətlər etmişik. Evimizə gediş-gəliş çətinləşib, təkcə payızda-qışda deyil, yayda belə sürüşə-sürüşə binaya qalxıb-enirik".
Sakinlərdən biri isə deyib ki, binaların önü və arxası təpələrlə əhatələnib. Artıq sürüşmənin aktivliyi gözlə görünür: "Binanın yanına avtobus gəlmir, dayanacaqdan düşüb yuxarıya qalxmaq üçün taksiyə minirik. Bizim ərazi bərbad vəziyyətdədir. Tədbir görülməyəcəyi halda binalarımız yaşayış üçün təhlükəli olacaq".
Sakinlərin müraciətinə rəsmi cavab verilib və problemin mövcudluğundan xəbərdar olduqları bildirilib. Binanın 2019-2020-ci ildə abadlaşdırılması nəzərdə tutulub. Lakin 2020-ci ilin son ayıdır, ancaq təmir-abadlıq işlərinə başlanılmayıb.
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024