Karusel (8-10-2014, 20:45)
«Azərsu» öz xidmətlərini «ASAN xidmət»ə inteqrasiya edir - FOTO
“Azərsu” ASC istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırılması və bu sahədə şəffaflığın təmin edilməsi məqsədilə tədbirləri davam etdirir.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əldə olunmuş razılığa əsasən, 2014-cü ilin oktyabr ayından agentliyin Sumqayıt şəhərindəki “ASAN xidmət” mərkəzində “Azərsu”yun abunəçilərinə bəzi müştəri xidmətlərinin göstərilməsinə başlanıb.
Səhmdar Cəmiyyətin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən «Həftə içi»nə bildirilib ki, “ASAN xidmət” mərkəzində abunəçilər təklif olunan bir sıra xidmətlərdən istifadə edə bilərlər. Həmin xidmətlərə abonentlərin bazadakı məlumatlarına dəyişikliklərin edilməsi, borc haqqında məlumatın (arayış) verilməsi, Smart-sayğac quraşdırılan tarixdən karta yükləmələr haqqında məlumatın verilməsi, səbəbindən asılı olmayaraq, yəni ödənişin bazaya düşməməsi, bazaya düşən ödənişlərin köşklərdə “smartkart”lara yüklənməməsi və sair hallarda istənilən ödəniş provayderi vasitəsilə həyata keçirilmiş qüsurlu ödənişin bərpa edilməsi, yuni “smartkart”ların verilməsi, itirilmiş və ya zədələnmiş “smartkart”ların bərpası, qeydiyyatda olan və “Azərsu” ASC-nin abonent bazasında təsdiqini tapmış məcburi köçkün qrupuna aid abonentlərin sudan istifadə və tullantı suların axıdılması xidmətlərinə görə limitlərinin “smartkart”a yüklənməsi, smart tipli sayğacın digər smart-sayğacla əvəz olunması səbəbindən yenismart-kartların verilməsi və əvvəlki kartda qalan sərfiyyatın yeni karta köçürülməsi və smart-sayğacların istismar qaydaları haqqında məlumatın verilməsi daxildir.
Hazırda “Azərsu” ASC-nin xidmətləri Bakı şəhəri Nərimano
v rayonu ərazisində yerləşən 1, Yasamal rayonundakı 3 və Sabunçu rayonundakı 4 saylı “ASAN xidmət” mərkəzlərində təşkil olunmuşdur. Yaşayış yerindən asılı olmayaraq, abunəçilərin bu mərkəzlərdə “Azərsu” ASC-nin xidmətlərindən istifadəsinə məhdudiyyət qoyulmur.
Təbriz