Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (7-10-2014, 05:52)
“Müsavatın maliyyə mənbələri haqda hesabat verilsin”- Qubad İbadoğlu

 

Müsavat Partiyası başqanlığına sabiq namizəd Qubad İbadoğlu yeni təkliflərlə çıxış edib. 

 

Mediatv.az verdiyi xəbərə görə, özünün facebook hesabında bu barədə yazan Q.İbadoğlu bu təkliflərini partiya işinin yenidən qurulması və fəaliyyətinin gücləndirilməsi ilə əlaqələndirib:

1) Partiya üzvlərinin yenidən siyahıya alınmasına başlanılsın. Onların cins, yaş tərkibi, sosial statusuna görə qruplaşdırılması həyata keçirilsin.

2) Partiyanın Məclisinin işi təkmilləşdirilsin və aşağıdakı istiqamətlər üzrə yenidən qurulsun:

2.1. Məclisin nəzdində analitik mərkəz yaradılsın. Analitik mərkəz tərəfindən Müsavat partiyasının 2015-2018-ci illər üçün strateji inkişaf planı hazırlansın və məclisin bu ilin sonuna planlaşdırılan növbəti iclasından əvvəl həmin sənəd partiya strukturlarında müzakirəyə çıxarılaraq Məclisdə qəbul edilsin.

2.2. Məclisin nəzdində “Müsavat irsi” ideoloji məktəb yaradılsın. Məktəbin Müsavatçılıq idelogiyasına həsr olunan aylıq tematik seminarları təşkil olunsun. Məktəbin tam kursunu bitirən məzunlara sertifikatlar və ideloji sahədə təbliğatçı statusu verilsin, onların cəmiyyətdəkı fəaliyyəti stimullaşdırılsın.

2.3. Məclisin Qarabağ münaqişəsi, gənclərlə iş, regionlarla iş, təhlükəsizlik məsələləri, avro-inteqrasiya siyasəti, insan haqları və azadlıqlar, iqtisadi siyasət, sosial siyasət, təhsil siyasəti, səhiyyə siyasəti, mədəniyyət siyasəti və s. üzrə komissiyaları formlaşadırılsın. Komissiyaların 2015-ci il üçün iş planı Məclisin bu ilin sonuna planlaşdırılan növbəti iclasında qəbul eilsin. 

2.4. Müsavat partiyasının 2015-2018-ci illər üçün strateji inkişaf planı və komissiyaların iş planları əsasənda Məclisin 2015-ci il üçün fəaliyyət proqramı qəbul edilsin.

3) İcra strukturlarının işi təkmilləşdirilsin və aşağıdakı istiqamətlər üzrə hesabatlılığı artırılsın:

3.1. İcra aparatın müvafiq şöbələrinin (təşkilatı və maliyyə istisna olmaqla) Məclis qarşısında illik hesabatlılığı təmin edilsin.

3.2. Partiyanın icra aparatının təşkilat və maliyyə şöbələrinin Məclis qarşısında rüblük hesabatlılığı təmin edilsin. 

3.3. Maliyyə mənbələri, gəlirlər və xərclərə dair aylıq hesabatlar hazırlansın və həmin hesabata Məclis üzvlərinin çıxışı təmin edilsin.

4) Xaricdən yayımlanan telekanalların birində Partiyanın idarəçiliyində olan və dövrü olaraq fəaliyyət göstərən efir vaxtının alınmasına nail olunsun. 

5) Partiya Məclisinə seçkilər oktyabrın 18-ə təxirə salınsın.

Bu təkliflərin həyata keçirilməsi üçün 2015-ci il yanvarn 1-dək müddət ayrılsın”.

Murad Əhməd

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024