Karusel (20-09-2014, 22:17)
Vahid Ələkbərov Putindən kömək istədi
“Lukoyl” sanksiyalar şəraitində Rusiya Federasiyasının neft sənayesinə dəstəyi ilə bağlı təkliflər hazırlayıb və onu Energetika Nazirliyinə təqdim edib”.
Mediatv.az rus KİV-nə istinadən xəbər verir ki, bu sözləri “Lukoyl” neft şirkətinin prezidenti, azərbaycanlı milyarder Vahid Ələkbərov Rusiyanın baş naziri Dmitri Medvedevlə biznes-cəmiyyət görüşündə deyib.
Onun sözlərinə görə bütün incə məqamlar nəzərə alınıb. Neft çıxarma üçün texnologiyaların vacibliyindən danışan Vahid Ələkbərov bunları deyib: “Əlavə səylər lazımdır. Bütün lazımlı avadanlığı yaratmaq üçün əlavə addımlara ehtiyac var”.
Qeyd edək ki, Rusiyanın Ukrayna məsələsində tutduğu işğalçı mövqeyə görə Avropa İttifaqı, o cümlədən ABŞ rəsmi Moksvaya sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyinin sonuncu açıqladığı sanksiya siyahısına “Lukoyl” da daxil edilib.