Karusel (26-08-2020, 15:42)
Gömrükdə sahibkarlar üçün DAHA BİR TƏLƏ... - İLGİNC
"Deməli, Gömrüyün yük maşınları girən bütün terminallarında belə bir qayda var: Buna rus dilində "prastoy", türk dilində "yatılı parası" deyirlər. Bizim dildə heç adı da yoxdur. Normal ölkələrdə gömrüyə mal gələn kimi onu anbarlara boşaldırlar, yükü gətirən maşın çıxıb gedir, sonra hərə gəlib anbardan öz yükünü götürüb rüsumunu ödəyib gedir. Bizdə isə yox..., maşın içəri girdisə, sən öz malını o maşından götürməyənə qədər o maşın gömrük ərazisindən çıxa bilməz. Maşınlar da hamısı əcnəbi ölkə maşınları".
Gundeminfo.az yazır ki, bunu Pavel Polanski adlı feysbuk istifadəçisi yazır. İstifadəçi daha sonra iddialarının detallarını açıqlayır.
- Məsələn, TIR Türkiyədən yük gətiribsə, sənə nəqliyyat şirkəti 3 gün vaxt verir. Malını 3 günə çıxartdın, çıxartdın...Çıxartmadınsa növbəti hər günə görə 150 dollar verməlisən maşını gecikdirib artıq saxladığın üçün. Gürcüstandan və Rusiyadan gələn maşınlar 2 gündən sonra hər sutkaya görə 100 dollar, Avropadan gələn TIR-lar isə 2 və ya 3 gündən sonra hər sutkaya görə 200 avro yazır. Bu pulu Azərbaycan vətəndaşları verir xarici ölkə vətəndaşı olan sürücülərə, nəqliyyat şirkətlərinə. Bizim gömrükdən isə 3 günə mal çıxartmaq adətən qeyri mümkündür. Məsələn, sənin malının gömrük tarif kodu 0%-li idxal rüsumuna düşürsə, sənə deyəcəklər "Get bunu 15%-li kodla yaz". Bu, o deməkdir ki, sən idxal rüsumu ödəməli olmadığın halda malının dəyərinin 15%-ni sənə məcbur ödətdirirlər. Allah eləməmiş etiraz etsən, onda sənin özünü bir cinayətkar kimi şübhə altına alıb işi göndərirlər Mərkəzi Gömrük Ekspertiza İdarəsinə ki, "Araşdırın bir görək hələ bu vətəndaş vergidən yayınmaq üçün saxta kod dəyişikliyi etməyib ki?". Ekspertiza idarəsinin cavabı sənə 20 iş günü ərzində vermək haqqı var. Bu isə o deməkdir ki, sənin haqlı olub-olmamağından asılı olmayaraq xarici nəqliyyat şirkətinə hər sutkaya görə 150 dollar pul verməlisən, üstəlik burda qeyri iş günləri də hesablanır. Ölkəyə də hər gün müxtəlif sərhədlərdən bəlkə 1000 yük maşını girir. İndi vurun bu 200 avroları, 150 dollarları 3, 5, 10 sutkalara, bir də camaatın ayda-ildə 1 dəfə internetdən 5-10 dollara sifariş etdiyi xırdavata baxın.
Qeyd edək ki, Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinə rəhbər təyin olunduqdan sonra belə dahiyanə "icadları" ilə gündəmdən düşmür. İş adamlarının, ölkədə idxal-ixrac əməliyyatlarında iştirak edən vətəndaşların bu şəkildə süni əngəllərlə incidilməsinə dair yeni-yeni metodlar aşkarlanıb. Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyni dinləməyə hazırıq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024