Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Aktual (29-07-2020, 15:09)
Səfər Mehdiyevin "Ramal-Trans" TƏLƏSİ

 


“Səbail Rayon Məhkəməsi Gömrük Komitəsinin iddiası əsasında - qısa idxal bəyannaməsi olmadığına görə bizi 1500 manat cərimə edib. Məhkəmə bizim iştirakımız olmadan işə baxıb. Məhkəmə qərarından apellyasiya şikayəti etdik. Dünən, iyulun 28-də şikayətimizə baxıb, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladılar. İlin-günün bu vaxtında üstümüzə 1500 manat da yüklədilər”.

REKLAM

grandhayat.az

Читать дальше

“Yeni Sabah” xəbər verir ki, bunu Qanun Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu deyib. O, qısa idxal bəyannaməsi ilə izahat verərək bildirib:

“Demək, sadə dildə izah edim: əgər, xaricdən yük gəlirsə, Azərbaycan sərhədinə yaxınlaşmamış, yük haqqında gömrük orqanına məlumat verirsən və üstəlik 36 manat pul ödəyirsən. Bu pul niyə ödənilir, bu da məlum deyil.

Əgər yükü gətirən şirkət vaxtında xəbər verməsə və sərhəddən keçirib sənə təhvil versə, onda batdın, dərhal 1500 manat cərimə olunacaqsan.

Yükün həcmi, dəyəri heç kəsi maraqlandırmır. Nə gətirirsən gətir, QİB verməsən, cərimə olunacaqsan.

Bu qayda gömrükdə islahatlar aparılandan sonra tətbiq olunmağa başlayıb.

Bir də gömrükdə “Ramal-Trans” (ada heç bir müdaxilə olunmayıb) deyilən bir tələ var. Kimin yükü gəldi, aparıb salırlar ora və yükün həcminə uyğun səndən pul alırlar. Bizdən bəzən 500-600 manat qopardırdılar. Heç bir sənəd də vermirlər. Bir dəfə gömrüyün sədrinə şikayətlə müraciət etdim, rəsmi cavab gəldi ki, bu, bizlik deyil. Deyən lazım, ay qardaş, əgər, bu sizlik deyilsə, onda adımıza gələn yükü o tələyə niyə salırsız? Malımızı “Ramal-Trans” ərazisinə girmədən deklarasiya edin, çıxıb gedək də.

Qayıdıram, ayın 28-ində olan məhkəməyə. Məhkəmə saat 10:00-da olmalıdır. Hakim görən kimi soruşdu:

- Bəs sən xaricdə deyildin?

- Yox, burda olmuşam.

- Sənə hörmətim var.

Adamın Allahı var, bütün hərəkətlərində, danışıq tərzində hörmətini hiss edirdim. Doğrusu, bu vəziyyətin özündən çox qorxuram. Çünki bu vaxta qədər məhkəmələrdə mənim əleyhimə çıxarılan qərarların demək olar ki, hamısı mənə hörməti olan hakimlər tərəfindən çıxarılıb.

Nəticə bəlli olsa da, sonu gözlədim. Gömrük orqanının nümayəndəsi gəlməmişdi. İclas katibi zəng edib çağırdı. Məhkəmə saat 11:30-da baş tutdu. Gömrük hüquqşünası da yaxşı oğlan idi, sübutu da çox sadə oldu. Bizim yükü gətirən maşın sərhədi səhər saat 7-də keçib. Kamerada fotosu var. Fotoda da saat göstərilib. Biz isə qısa bəyannaməni doldurmuşuq və ödəniş etmişik saat 11:00-da. Maşının şəkli var, sənəd var, vəssalam...

Hakim üzümə baxıb:

- Mən qanuna tabeyəm.

- Möhtərəm hakim, axı gələn kitabın dəyəri 1500 manatdan azdır.

- Nə edim qanunun tələbidir.

Gömrükdə islahatlar başladı, "ura" dedik. Amma boğazımızda tikə qaldı. İndi gömrük boğazımızda qalan tikədir. Nə yuxarı qayıdır, nə də aşağı düşür.

Qısa idxal bəyannaməsini kim ixtira edib? Bəs bu cərimənin miqdarı haradan götürülüb? Bu Ramal trans niyə?

Bəzən xarici ölkələrə kitab göndərirəm. Bir neçə e-mail yazmaqla gömrük rəsmiləşdirilməsi asanlıqla həll olur. Heç Türkmənistanda da buradakı kimi problemlə üzləşmirəm. Rüsumlarını al, malımı göndər, gəlsin. Bu qaraçılıq, hər tin başı bir qutu qoyub pul yığmaq niyə gərək?”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024