Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (18-08-2020, 23:11)
Əhməd Əhməzadənin biznes İMPERİYASI - SƏNƏDLƏR


Əhməd Əhməzadənin biznes İMPERİYASI
Meliorasiya və Su Təsərrüfatı ASC yaradıldığı 14 il ərzində hələ bircə dəfə də olsun maliyyə hesabatı təqdim etməyib. İki il əvvəl ASC ilk dəfə maliyyə hesabatını açıqlayacağı barədə vəd versə də bu reallaşmayıb.
Yalnız o məlum olub ki, dövlətə məxsus bu qurum 2018-ci ili 31 milyon 714 min manat xalis zərər ilə başa vurub. Həmin il ASC cəmi gəlirlərini 829 milyon 402 min manat, xərclərini isə 861 milyon 117 min manat göstərmişdi.

Əhməd Əhmədzadənin rəhbərlik etdiyi qurum su təsərrüfatına il ərzində az qala 1 milyard manat "xərcləyir", amma bu sahədə bərbad vəziyyətdən dolayı ölkədə su böhranı bu il pik həddə çatıb.

Amma indiyədək apardığımız araşdırmalar zamanı baş melioratorun oğlu Cümə və qızı Vüsalə Əhmədzadələrin Azərbaycanda, İngiltərədə, Çexiyada və Türkiyədə çoxsaylı şirkətlərə, otellərə, istirahət mərkəzlərinə, villa və kottec komplekslərinə malik olduğu ortaya çıxıb.
Amma Meliorasiya və Su Təsərrüfatı ASC-nin şübhəli tenderləri, fantastik rəqəmlərlə şişirdilmiş xərcləri, on milyonlarla manat zərəri, nəhayət ölkə rəhbərliyi səviyyəsində müzakirəyə çıxarılmış su böhranı təkcə Əhmədzadə ailəsinə böyük sərvət qazandırmayıb.

ASC-nin sədr müavini Rafiq Aslanovun oğlu Afiq Aslanov da Londonda özünə dəbdəbəli həyat qurub, şirkətlər açıb, əmlak alıb, çoxsaylı bahalı avtomobillərdən ibarət kolleksiya yaradıb.
Rafiq Aslanov 2006-cı ildən yəni qurum təsis olunandan sədr müavinidir, Əhməd Əhmədzadənin ən etibarlı adamlarındandır. Bundan əvvəl - 1993- 2006-cı illərdə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin İqtisadiyyat, maliyyə və əmək haqqı idarəsində rəis vəzifəsində çalışıb. 2018-ci ildə «III dərəcəli Əmək ordeni» ilə təltif edilib.

Rafiq Aslanovun kiçik oğlu, 1998-ci il təvəllüdlü oğlu İlkin Aslanov 7 ildən artıqdır ki, Londonda yaşayır, bir neçə ildir İngiltərə vətəndaşıdır. Londonda ilk şirkətini - PERFERO LIMITED-i 2013-cü ilin yanvarında (qeydiyyat nömrəsi 08350902) Oakwood Park Road 29, London, England, N14 6QB ünvanında qeydiyyatdan keçirib.

Afiq Aslanov növbəti şirkətini elə həmin il oktyabrın 22-də yaradıb. Biznesini bahalı avtomobilləri kirayəsi ilə genişləndirib.
Britaniya Şirkətlər Evində 08742824 saylı lisenziya ilə qeydiyyatdan keçmiş PERFOCARS LIMITED-in saytında (http://perfocars.co.uk/) yer alan məlumatlara görə şirkət kirayə avtomobillər təklif etməklə yanaşı, sürücü xidməti, şəxsi mühafizə, çarter uçuşlarını sifarişlər və hava limanlarına transfer xidmətləri göstərir. Londonun Holborn, Theobalds Rd 56 ünvanındakı
Sənədlərə görə PERFOCARS LIMITED Woodgate House, 2-8 Games Road, Cockfosters, Herts ünvanında hüquqi qeydiyyatdadır.
Şirkətin balansında olan avtomobillər:
* Bentley Arnage T (2009-cu il, qiyməti 250 min dollar)
* Audi A3
* Mercedes S-Class (magıc vısıon control, qiyməti 220 min avro),
* Mercedes E 63 AMG (100 min dollar)
* Mercedes Viano
* Range Rover Sport
Avtomobillərin bir qismi ASL#NOV nömrə nişanları seçilir.
2018-ci il maliyyə hesabatına görə PERFOCARS LIMITED-in aktiv və ehtiyatları 217.048 funt sterlinq təşkil edib.

Rafiq Aslanovun oğlu 2015-ci il sentyabrın 4-də Londonda üçüncü şirkətini - G.V.B LTD-ni Woodgate House, 2-8 Games Road, Cockfosters, Herts, England, EN4 9HN ünvanında təsis edib.
Bu şirkətlə eyni gündə Afiq Aslanov Londonda GENTLEMANS VANITY GROOMING LTD-ni qeydiyyatdan keçirib. Şirkət 2016-cı ilin avqustundan REFINED GROOMING LTD adı ilə fəaliyyət göstərib, bir ay sonra isə THE NOBLE GENTLEMAN LTD kimi fəaliyyətini davam etdirir. Qeydiyyat nömrəsi 09762026, hüquqi ünvanı Woodgate House, 2-8 Games Road, Cockfosters, Herts, England, EN4 9HN-dir.
Şirkət bərbərxana və gözəllik salonlarının idarəçiliyi sahəsində fəaliyyət göstərir. Şirkətə öncə yunan əsilli Britaniya vətəndaşı Kyriakos MOUIS, daha sonra Haralambos PELENTRIDES rəhbərlik edib.
Londonda Holborn, THEOBALDS ROAD 56 ünvanındakı lüks kateqoriyalı THE NOBLE GENTLEMAN bərbər salonu (ətraflı məlumat üçün http://thenoblegentleman.co.uk) 2016-cı ildən bu şirkət tərəfindən idarə olunur.
Rafiq Aslanovun oğlunun da Londonda əmlak şirkəti də var. EQUILIBRIUM STATE LIMITED (qeydiyyat nömrəsi 11358112) 2018-ci il mayın 12-də Byron Hill Road 32, Harrow On The Hill, Middx ünvanında hüquqi qeydiyyata alınıb. 2019-cu il mayın 31-nə olan məlumata görə, əmlak şirkətinin qarışıq aktivləri 853.858 funt sterlinq (təxminən1.125.000 dollar) təşkil edib.
Sənədlərə görə 2018-ci ilin sentyabrın 6-da Afiq Aslanov bu şirkət üzərindən Londondakı Octane Property Finance Limited şirkəti ilə daşınmaz əmlak alışı ilə bağlı 1135 8112 0001 saylı müqavilə bağlayıb.

Əhməd Əhməzadənin biznes İMPERİYASI
Əhməd Əhməzadənin biznes İMPERİYASI
Əhməd Əhməzadənin biznes İMPERİYASI
Əhməd Əhməzadənin biznes İMPERİYASI
Əhməd Əhməzadənin biznes İMPERİYASI
Əhməd Əhməzadənin biznes İMPERİYASI
Əhməd Əhməzadənin biznes İMPERİYASI
Əhməd Əhməzadənin biznes İMPERİYASI
Əhməd Əhməzadənin biznes İMPERİYASI
Əhməd Əhməzadənin biznes İMPERİYASI
Əhməd Əhməzadənin biznes İMPERİYASI
Əhməd Əhməzadənin biznes İMPERİYASI
Əhməd Əhməzadənin biznes İMPERİYASI
Əhməd Əhməzadənin biznes İMPERİYASI
Əhməd Əhməzadənin biznes İMPERİYASI
Əhməd Əhməzadənin biznes İMPERİYASI
Əhməd Əhməzadənin biznes İMPERİYASI
Əhməd Əhməzadənin biznes İMPERİYASI
Əhməd Əhməzadənin biznes İMPERİYASI
Əhməd Əhməzadənin biznes İMPERİYASI
Əhməd Əhməzadənin biznes İMPERİYASI
Əhməd Əhməzadənin biznes İMPERİYASI
Əhməd Əhməzadənin biznes İMPERİYASI
Əhməd Əhməzadənin biznes İMPERİYASI
Əhməd Əhməzadənin biznes İMPERİYASI
Əhməd Əhməzadənin biznes İMPERİYASI
шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024