Karusel (4-09-2014, 23:29)
“Mənim bir vasitəm qalıb ki, gedim səfirliyin qarşısında intihar edim"- QHT rəhbəri
4 ay öncə Leyla Yunusla bağlı istintaqa cəlb olunduğuna görə, ölkəni tərk etmək məcburiyyətində qalan Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın həyat yoldaşı Eldar Əzizovun səhhətində ciddi problemlər yaranıb. Onun xəstəliyi Neftçilər Xəstəxanasında müayinələr zamanı aşkarlanıb.
Bu barədə məlumatı İnterpress.az-a M.Əzizovanın anası Mirvari Qəhrəmanlı verib: "Mətanətin həyat yoldaşı ciddi xəstədir. Müalicə üçün İrana aparmaq istəyirik, ancaq sərhəddə yasaq qoyulub. Məhkəməni də qəsdən uzadırlar. Vaxtında ciddi müalicə götürməsə, həyatı üçün təhlükə var. Öd kisəsindəki daşla əlaqədar cərrahiyyə əməliyyatı aparmaq istəyiblər. Qara ciyər və ödündə ciddi xəstəlik aşkar olunub. Xaricdə müalicəyə ehtiyac var. İranda bu xəstəliyin müalicəsi daha ucuzdur”.
Baş verənlərlə bağlı hazırda Avropa ölkələrindən birində mühacir kimi yaşayan hüquq müdafiəçisi Mətanət Əzizovanın özü ilə sosial şəbəkələr vasitəsilə əlaqə saxladıq. O, həyat yoldaşının səhhəti ilə bağlı musavat.com-a bunları dedi: "Dəqiq diaqnozu hələ yoxdur. Müayinə edirlər. Kəskin ağrıları var. Mənimlə bağlı baş verən hadisələr istər-istəməz ona ciddi təsir etdi. Özünə çox qapandı. Yoldaşımın anası və qardaşı da düzgün diaqnoz qoyulmaması ucbatından rəhmətə gediblər. Ona görə də, Azərbaycan səhiyyəsinə etibarım yoxdur. Eldara təcili ölkədən çıxmaq lazımdır. Ona görə çox narahatam. Ona qarşı hansısa addımlar atılacağından qorxuram. Qəsdən sağlamlığına ziyan vurarlar. O, düzgün müalicə almaq üçün ölkədən təcili çıxmalıdır. Təhlükəsizliyi də təmin olunmalıdır”.
Hüquq müdafiəçisi çarəsiz qaldığını və intihar həddinə çatdığını bildirdi: "Mənim bir vasitəm qalıb ki, gedim səfirliyin qarşısında intihar edim. Bəlkə ondan sonra ailəmə qarşı olan təzyiqlər bitər, beynəlxalq təşkilatlar oyanar”.
Bütün bunlara baxmayaraq, Mətanət Əzizova Azərbaycana qayıtmaq fikrində olmadığını da qeyd etdi: "Hər nə olursa olsun, ölkəmə qayıtmaq fikrim yoxdur. Bunu heç ağlımdan keçirmirəm. Əvvəllər yoldaşımın səhhətində problemlər olmayıb. İndi anamla danışdım. Stress, vaxtında qidalanmamaq, sinir pozuntusu Eldarın səhhətinə ciddi zərbə vurdu. Onun müalicəsi düzgün olmalıdır ki, sağlamlığında problemlər olmasın. Adətən bu diaqnoz ilə İrana müalicə olunmağa gedirlər. Oradakı həkimlər həm güclüdür, həm də dərmanlar ucuzdur”.
Qeyd edək ki, Mətanət Əzizova ölkəni tərk etdikdən sonra həyat yoldaşı Eldar Əzizov və oğlu Camalın Azərbaycandan çıxışına yasaq qoyulub.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024