Cəmiyyət (23-04-2014, 23:51)
Azərbaycandan Türkiyənin istirahət zonalarına fahişə qadınların axını başlayıb-Özəl
Mətanət Əzizova: " Bu bölgələrdə seks biznes üçün əlverişli şərait yarandığından, Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə gedənlərin sayı hər il aprel ayının sonu, may ayının əvvəlində artır"
2014-04-23 16:44:28
Türkiyədə istirahət zonalarının işə düşməsi Azərbaycandan bu ölkənin turistik bölgələrində yüngül həyat tərzi keçirməklə pul qazanan qadınların axınını sürətləndirir. Bu sözləriMovqe.az-a açıqlamasında Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova söyləyib. M. Əzizova bildirib ki, azərbaycandan bu ölkədəki turizm bölgələrinə gedən fahişə qadınlar Gürcüstan vasitəsilə ölkəni tərk edirlər.M. Əzizova bildirib ki, Gürcüsta səhrəd keçid məntəqələrindən keçərək Türkiyəyə gedən qadınlar işləmək adı ilə sərhədi keçirlər: "Çox təəssüf ki, Türkiyənin turistik bölgələri Azərbaycandakı fahişə qadınlar üçün mövsümi qazanc mənbəyinə çevrirlib. Bu bölgələrdə seks biznes üçün əlverişli şərait yarandığından, Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə gedənlərin sayı hər il aprel ayının sonu, may ayının əvvəlində artır".