Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (1-11-2016, 18:15)
Dəniz Administrasiyasında qanunsuzluq - Qüdrət Qurbanovdan prezidentə şikayət

Mediatv.az xəbər verir ki, Ucar rayonu 20 Yanvar küçəsi dalan 2 ev 12 sakini Abbasov Sərxan Srac oğlu tərəfindən “AzPolitika.info”ya şikayət ərizəsi göndərilib.

Həmin ərizəni qısa ixtisarla dərc edirik:

“Oğlum Sıraclı Elxan Sarxan oğlu Dövlət Dəniz Administrasiyasının Dəniz Üzgüçülük Təsərrüfatı bölməsinin müdiri vəzifəsində işləyirdi. 29 avqust 2016-cı il tarixdə heç bir əsas olmadan onun işdən çıxarılmağına dair məcburi ərizə yazdırdılar . Bu da oğlumun əmək hüquqlarının kobus şəkildə pozulmasıdır, ciddi qanunsuzluq faktıdır.

Belə ki,  oğlum Elxan 2 ildir ki,  Dövlət Dəniz Administrasiyasının Dəniz Üzgüçülük Təsərrüfatı bölməsinin müdiri vəzifəsində işləyirdi. 07 avqust 2016-cı il tarixdən 18 avqust 2016-cı il tarixə qədər məzuniyyətdə olub. İşlədiyi müddətdə işində heç bir nöqsan olmayıb.


29 avqust 2016-cı il tarixdə Dövlət Dəniz Administrasiyasının rəis müavini Ehtiram Rəhimov oğlum Elxanı otağna çağırıb deyib ki, rəis Qüdrət Qurbanov sənin öz ərizənlə işdən çıxarılmağını tələb edir. Öz ərizənlə işdən çıxmalısan, əks təqdirdə başqa vasitələrlə səni şərləyib işdən çıxaracağıq. Oğlum Elxan da məcbur olub işdən çıxmağı barədə diktə ilə ərizə yazıb.

Dövlət idarəsini öz şəxsi mülkləri hesab edən bu şəxslərin əməlləri obyektiv yoxlanılmalıdır. Qanunsuz olaraq məcburi qaydada hədə-qorxu ilə kənarlaşdırıldığı üçün oğlum Elxan işinə bərpa edilməlidir.

Oğlumun işlədiyi vəzifəyə – Dövlət Dəniz Administrasiyasının Dəniz Üzgüçülük Təsərrüfatı bölməsinin müdiri vəzifəsinə isə Dövlət Dəniz Administrasiyasında şöbə müdiri işləyən Əhməd İsmayılovun əmisi oğlu Elməddin İsmayılovu təyin etdilər. Bu çirkin planı əvvəlcədən hazırlamışdılar. Mənim əlimdə mötəbər subut var ki,  oğlum Elxanın işdən çıxarılmağına dair ərizəni ona məcbur yazdırıblar.

Belə ki,  bir ata kimi zəng edib rəis müavini Etiram Rəhimovla danışan zaman o etiraf etdi ki, bu, rəis Qüdrət Qurbanovun birbaşa göstərişi idi. Ona görə də  icra etməliydim. Bu telefon danışığının audio yazısı var. Bunu rəis müavini Etiram Rəhimov öz səmimi etiraf edir. Bu qanunsuzluqdur və oğluma qarşı ediblər.

Hazırda da Dövlət Dəniz Administrasiyasının rəhbərliyinin qanunsuzluğuna görə oğlum işsizdir. Himayəsində 3 uşağı var. Böyük övladı ali təhsil alır. Bakı şəhərində kirayədə yaşayırlar. Ailəmsində heç kəs işləmir. Acından ölmək təhlükəsi ilə üz-üzədirlər. İşdən çıxarılmış oğlumun ailəsinə aldığım pensiya ilə mən baxıram.

Həm oğlum , həm də mən Prezident cənab İlham Əliyevə, nazir Səlim Müslümova və Əmək Müfəttişliyinin rəisi cənab Fuad Əlizadəyə şikayət ərizəsi ilə müraciət edib, tədbir görmələrini xahiş etmişik. Mətbuat vasitəsi ilə də müraciət edib xahiş edirəm ki, şikayət ərizəmdə göstərdiyim faktlar tam, hərtərəfli və obyektiv araşdırlmasına tapşırıq verəsiniz.   Dövlət Dəniz Administrasiyasının rəhbərliyinin barəsində qanuna müvafiq tədbirlər görülməsinə,  oğlum Sıraclı Elxanın əvvəlki işinə bərpa edilməsinə yaxından köməklik göstərəsiniz”.

P.S. Şikayət ərizəsində göstərilənlərlə bağlı Dövlət Dəniz Administrasiyasının rəhbərliyinin də mövqeyini işıqlandıra bilərik.

20161029_111305
20161029_111315

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024