Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (15-10-2016, 21:33)
SKANDAL! İCRA HAKIMIYYƏTI NARAZI VƏTƏNDAŞIN YERINƏ ETIBARNAMƏSIZ QARDAŞINDAN IMZA ALIB – “SOVETSKI” QALMAQALI QIZIŞDI

SKANDAL! İCRA HAKIMIYYƏTI NARAZI VƏTƏNDAŞIN YERINƏ ETIBARNAMƏSIZ QARDAŞINDAN IMZA ALIB – “SOVETSKI” QALMAQALI QIZIŞDI

 

Səməd İslamov "etibarnamə var” deyir, vətəndaş Vüqar Şükürov isə "gətirin etibarnaməni, evi bağışlayım” cavabını verir

"Öncə 435 min manat veriləcəyi rəsmi olaraq, bildirildi. Ancaq daha sonra deyirlər ki, evin birinci mərtəbəsində yerləşən yerlə bağlı texniki səhvə yol veriblər. Belə çıxır ki, 15 nəfər texniki səhvə yol verib. Əslində isə qərarı verən həmin 15 nəfərin hamısı texniki səhv edə bilməz.  İki ildir ki, mənə evimin pulunu vermirlər. Onlar mənə 435 min manat təklif edərkən, 1 ABŞ dollar 78 qəpik idi, bu gün isə 1 manat 60 qəpik. Manat iki dəfə devalvasiyaya uğrayıb, ancaq mən dövlətimizin iqtisadi problemlərini bildiyim üçün artıq pul da istəmirəm, özlərinin yazdığı rəqəmi tələb edirəm. Onlar isə israrla,  397 min manatdan artıq verməyəcəklərini bildirirlər. Almalı olduğum 38 min manatı nəyin əsasında kəsirlər? Halbuki "yalnış” dediklərində heç bir qanun pozuntusu yoxdur. Onlar sırf o pulu kəsmək üçün bildirirlər ki, orada qarajın var. Halbuki həmin yer evimin içidir, qaraj isə evdən kənarda olur”. Bu sözlər "Sovetski” ərazisindən çıxmayan Şükürov Vüqara aiddir.

Bir həftə öncə Yenicag.az-a açıqlama verən vətəndaşın sözlərinə Yasamal rayon İcra Hakimiyyəti anında reaksiya verdi. Vətəndaşın evinin 435 min manat olaraq qiymətləndirilməsi ilə bağlı sənəddə imzası olan Yasamal rayon İcra Hakimiyyətinin Birinci müavini, Köçürmə üzrə işçi komissiyanın sədri Səməd İslamov tərəfindən redaksiyamıza göndərilən sənəddə göstərilir ki, "Köçürülməsi məqsədilə nəzərdə tutulan ərazidə dövlət əhəmiyyətli yolların və ko1mmunikasiya xəttlərinin çəkilməsi nəzərdə tutulsa da, paytaxtımız üçün son dərəcə əhəmiyyətli olan bu layihənin yerinə yetirilməsi zamanı 2015-ci ilin ortalarında köçürülmə tədbirlərinin başa çatdırılmasında bir sıra çətinliklər yarandı.

Belə ki, boşalmış ərazidə köçməmiş çox az sayda mənzil sahibləri tərəfindən mənzillərin qiymətləndirilməsində qeyri-real tələblərin irəli sürülməsi nəticəsində  başa çatdırılması  nəzərdə tutulan layihənin gecikdirilməsilə yanaşı, ətraf sakinlərin mənzillərinə təhlükəsiz gediş-gəlişində, kommunikasiya xəttlərindən istifadə və ərazinin sanitar normalarının təmin edilməsində həlli mümkün olmayan problemlər yaratdı.

Məqalədə qeyd etdiyiniz Ə.Hüseynzadə küçəsi 2 ünvanda yaşayan Vüqar Şükürovun rayon İcra Hakimiyyətinin ünvanına öz maddi maraqları naminə irəli sürdüyü ittihamlar tam əsassızdır. Biz dəfələrlə qeyd etmişik ki, çox təəssüflər olsun ki, köçürmə zamanı sakinlər arasında elələrinə rast gəlirik ki, artıq vəsait əldə etmək naminə hər bir qanunsuzluğa, yalana, iftiraya əl atırlar. Əfsuslar olsun ki, Şükürov Vüqar da özünü belələrinin siyahısına daxil etdi”.

Yasamal İH-dən göndərilən yazılı açıqlamada qeyd olunur ki, "Belə ki, 2014-cü ilin may ayında ərazidə ölçü işləri aparılarkən, komissiyaya məlumat daxil oldu ki, Ə.Hüseynzadə küçəsi mənzil 2 ünvanında ölçü işlərinin aparılmasına imkan verilmir. Araşdırma zamanı məlum oldu ki, köçürmə ərazisində hər hansı tikinti işlərinə  qadağa  qoyulduğu  halda , Vüqar Şükürov gizli şəkildə qarajda yenidənqurma işləri apararaq, onu yaşayış sahəsinə çevirmək niyyətindədir. Bununla əlaqədar 2014-cü ilin mayın 17-də qanunsuz tikinti işlərinin foto şəkilləri çəkildi və rəsmi sənədləşdirildi.

Bununla əlaqədar ev sahibi xəbərdar edildi ki, qanunsuz gördüyü işlərin əhəmiyyəti yoxdur və onun qarajı  yaşayış sahəsi kimi qiymətləndirilməyəcək”.

V.Şükürovun təqdim etdiyi bildiriş formasının sakinlərə göndərilən ekspertlərin hazırladığı ilkin qiymətləndirmə forması olduğunu bildirən Yasamal İH "qeyd edilən qiymətə komissiyanın yekun araşdırmalarının nəticələrinə uyğun dəyişiklik edilə bilər” deyə, açıqlayır: "13 may 2015-ci ildə komissiyanın növbəti iclasında Vüqar Şükürovun qardaşı qeyd edilən mənzilin pay sahibi və rəsmi etibarnamə ilə çıxış edən Mehti  Şükürova faktlarla sübut olundu ki, 1m.90 sm. hündürlüyü olan qarajın yaşayış sahəsi kimi təqdim etmələri əbəsdir. Deyilənlərlə razılaşaraq Mehti Şükürov mənzilə hesablanmış 397370 manat vəsaitlə razılaşmış və razılaşma protokoluna imza atmışdır”.

img028Yasamal İcra Hakimiyyəti tərəfindən Mehti Şükürovun imzaladığı akt da cavab yazısı ilə birlikdə Yenicag.az-a daxil olub. Fəqət Səməd İslamovun tərəfindən təqdim olunan sənədlər vəziyyəti daha da qəlizləşdirib və sualları artırıb.

14608145_10209364534703095_680864858_nBelə ki, Vüqar Şükürov S.İslamovun cavab yazısında göstərilən faktların ciddi bir saxtakarlıq nümunəsi olduğunu belə açıqlayıb: "Səməd İslamov "Vüqar Şükürovun qardaşı qeyd edilən mənzilin pay sahibi və rəsmi etibarnamə ilə çıxış edən Mehti  Şükürov”dan bəhs edir. Mehdi Şükürovun etibarnaməsini göstərə bilərlərmi? Evin sahibi mənəm, bütün sənədlər mənim adımadır və nə qardaşıma, nə də digərinə etibarnamə verməmişəm. Belə olan halda Mehti Şükürovun rəsmi etibarnamə ilə çıxış etdiyini iddia etmələri növbəti qanun pozuntusudur. Savadsız qardaşımı çağırıb, iclasda iştirak etdiyinə dair imza alırlar adı ilə öz istədikləri kağıza imza atdırmaları Yasamal rayon İcra Hakimiyyətinin növbəti qanun pozuntusudur. Deməli, kimsə bunlarla razılaşmadıqda, onlar qardaşı, bacını, əmioğlunu, dayıoğlunu çağırıb, onların imzası ilə işlərini "həll edəcəklər”. Dediyim kimi, Mehtinin hansı etibarnamə ilə çıxış etdiyini ortaya qoysunlar, mən iddiamdan əl çəkməyə hazıram. Yoxdur elə bir etibarnamə!”

14610686_10209364534263084_1086763919_nV.Şükürovun diqqət çəkdiyi ikinci məqam isə İcra Hakimiyyətinin 2014-cü ildə olan tikinti ilə bağlı ittihamıdır: "Madam ki, 2014-cü ildə inşaat ilə məşğul olmuşuq, o zaman niyə ev 2015-ci ildə 435 min manat dəyərində qiymətləndirilirdi? Bu Yasamal İcra Hakimiyyətinin növbəti manipulyasiya cəhdidir. Əgər tikinti onların qiymətləndirməsindən sonra olsaydı, o zaman onlar haqlı idilər. Fəqət qiymətləndirmə bitib, 15 nəfər rəy verib, sənədi bizə təqdim ediblər. Ondan sonra isə nə baş veribsə, icra hakimiyyəti 435 mindən 397 min manata düşüb və bizim halal haqqımıza əl qoymaq istəyir”.

V.Şükürov onu da qeyd edir ki, evi ilə birlikdə ona məxsus 3 sota qədər torpaq ərazisi Yasamal rayon icra hakimiyyətinin təzyiqi ilə Dövlət Əmlak Komitəsi tərəfindən qeydə alınmır.

Yenicag.az da Yasamal rayon İcra Hakimiyyətinin Birinci müavini, Köçürmə üzrə işçi komissiyanın sədri Səməd İslamov ilə əlaqə saxlayaraq, məsələni bir daha ondan dinləyib. Etibarnamənin olduğunu bildirən S.İslamov onu təqdim etməkdən isə "o qədər sənədin içərisindən tapmaq çətindir” deyərək, yayınıb. Daha sonra isə hər iki bildirişin formal xarakter daşıdığını, Mehti Şükürovun imzasının o qədər əhəmiyyət daşımadığını bildirib.

S.İslamov həmçinin məhkəməyə müraciət etdiklərini də bildirib.

Maraqlıdır ki, vətəndaşların evlərinin qiymətinin müəyyənləşdirildiyi və elan edildiyi bildiriş Yasamal rayon icra hakimiyyəti tərəfindən "formal kağız” elan edilməkdədir.

Qeyd edək ki, V.Şükürovun şikayəti bu mövzuda ilk deyil. "Sovetski”nin sökülməsi başlayandan bəri, bu yöndə xeyli sayda şikayət olub. Görünən odur ki, Azərbaycan prezidenti İlham Əliyev bu ərazidəki insanların haqqının tapdanılmaması yönündəki tapşırığı kiçik məmurlar tərəfindən dəqiq anlaşılmayıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024