Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (6-02-2015, 17:22)
Hökumət “Sovetski”ni sökməyə pul tapmır...


Səməd İslamov: "Pulun hesaba köçürülməsini gözləyirik”

 

Bakının abadlaşdırılması proqramı çərçivəsində “Sovetski” məhəlləsindən köçürülən sakinlərə pul ödənişi dayandırılıb. 
Bu haqda “Teleqraf.com”a məlumat verən sakinlər bildiriblər ki, 2014-cü ilin dekabrından etibarən “Sovetski”dən köçürülmə faktiki olaraq dayandırılıb: “Hətta dövlət komissiyasının ölçüb qiymətləndirdiyi, sənədləri qaydasında olan və sahiblərinin sökülməsinə etiraz etmədiyi evlərin də pulunu vermirlər. Amma evlərə dəyən də yoxdur. Köçürülmənin dayandırılmasının səbəbini bizə demirlər. Pulu 2014-cü ilin dekabrından əvvəl ödənilən ev və obyektlərin sökülməsi isə davam edir”.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, “Sovetski” məhəlləsinin köçürülməsi üzrə işçi komissiyanın sədri Səməd İslamov sayta açıqlamasında deyib ki, köçürülmə prosesinin maliyyələşdirilməsində müəyyən çətinliklər yaranıb: “İlin əvvəli olduğuna görə dövlətin ayırdığı vəsait hələlik hesaba köçürülməyib. Pul köçürüləndən sonra hesab açılacaq və sakinləri dəvət edəcəyik, gəlib pullarını alsınlar. Biz pulun hesaba köçürülməsini gözləyirik”. S.Pənahov qeyd edib ki, komissiyanın ölçüb qiymətləndirdiyi ev və obyektlərin pulu tam ödənilməyənədək həmin mənzillərə toxunulmayacaq: “Ev və obyektlərin pulu sahiblərinə tam ödənildikdən sonra söküləcək”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024