Karusel (31-08-2016, 16:31)
"Azərbaycan ləyaqətini ortaya qoydu" - Deputat
Azərbaycan Rusiya paralimpiyaçılarının Paralimpiya Oyunlarına buraxılmamasına görə ona verilən əlavə 3 lisenziyadan imtina edib.
Mediatv.az xəbər verir ki, Millət vəkili Aydın Mirzəzadə bu addımı təqdirəlayiq hesab edir: “Azərbaycan çox təqdirəlayiq addım atdı. İlk olaraq Azərbaycan bu məsələdə özünün yüksək ləyaqətini ortaya qoydu. Ölkəmizin bu addımı çox təqdirəlayiqdir və olimpiya prinsiplərinə uyğundur. Bir ölkənin paralimpiya yarışlarına buraxılmamasına görə onun qazandığı lisenziyaların bölüşdürülməsində iştirak etmək ölkəmizə yaraşmazdı”.
A.Mirzəzadə vurğulayıb ki, bu aristokrat hərəkəti ilə Azərbaycan təmiz və ədalətli oyunların tərəfdarı olduğunu sübut etdi: “Onsuz da ölkəmiz Rio -2016-da Azərbaycanın 27 paralimpiyaçısı 6 idman növündə ümumilikdə 44 lisenziya ilə iştirak edəcəkdir. Onların da yüksək yerlər tutacağına inamımız böyükdür”.