Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (25-08-2016, 21:45)
Əli İnsanovda “Diazepam” tapılıb

Qaradağ rayon prokuroru həbsdə olan sabiq nazir Əli İnsanov barəsində başlanan cinayət işinin təfərrüatlarını açıqlayıb.

Rayon prokuroru Natiq Abdullayev “Trend”ə açıqlamasında bildirib ki, avqustun 23-də 13 saylı cəzaçəkmə müəssisəsində rejim qaydalarına riayət olunması ilə bağlı müvafiq, həmçinin baxış tədbirləri keçirilərkən bir sıra məhkumlarda qanunsuz əşyalar, o cümlədən Ə.İnsanovda şübhəli dərman preparatları - psixotrop maddə hesab edilən, tərkibində "Diazepam”ın təsiredici maddəsi olan külli miqdarda dərman həbləri və qadağan olunmuş güclü təsiredici dərman vasitəsi olan "Tramadol" dərman kapsulları aşkar edilib.

Faktla bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşları tərəfindən protokol tərtib edilərkən məhkum Ə.İnsanov onlara mane olub, tərtib edilən protokolu cırıb, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq edib və xəsarətlər yetirib.

Qaradağ rayon prokurorluğu tərəfindən hadisə yerində yoxlama aparılaraq faktla bağlı başlanmış cinayət işi üzrə məhkum Ə.İnsanova qarşı Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə, həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə), 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddələri ilə ci nayət işi başlanıb.

Faktla bağlı hazırda istintaq tədbirləri davam etdirilir.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024