Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (24-07-2016, 17:16)
İcra başçısının 5 milyonluq villasının fotosu yayıldı - FOTO

Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı, ATV-nin keçmiş rəhbəri Tağı İbrahimovun Novxanıda yerləşən villasını satması artıq neçə gündür ki, medianın diqqət mərkəzində olan mövzulardan biridir 


Bunun əsas səbəblərindən biri villanın Azərbaycanda tez-tez təsadüf olunmayan bir qiymətə – 4,5 milyon manata satılmasıdırsa, digəri də yeni sahibinin kimliyinin açıqlanmamasıdır. Villanı tanınmış şəxslərdən birinin aldığı bildirilsə də, onin kimliyi gizli saxlanılıb.

Sonradan bəzi media orqanlarında villanın yeni sahibinin biznes-ledi Ruhi Əliyeva olması barədə xəbərlər yayılsa da, bu, öz təsdiqini tapmadı. Ruhi "AzPolitika.info”-ya açıqlamasında məlumatı təkzib edərək, ümumiyyətlə bağ evinin olmadığını, övladları ilə birgə Mərdakanda kirayələdiyi bağ evində yaşadığını bildirdi. Bu gün publika.az-a açıqlama verən Tağı İbrahimov özü də villasını Ruhi Əliyevanın amadığını desə də, kimə satmasını açıqlamayıb:

"Mən villamı Ruhiyə satmamışam, Moskvada azərbaycanlı iş adamı var, ona satmışam. Amma villamı alan adamın adını deməyəcəm. Villanı ehtiyacım olmadığı üçün satmışam. Çünki neçə ildir ki, ailəmlə bir yerdə Türkiyədə yaşayırıq, övladlarım da 2 ildir ki, burada yaşayır. Villanı da oğluma hədiyyə etmişdim, o satıb”.

Villanın yeni sahibinin adının gizlədilməsi düşündürücüdür. Maraqlıdır, villanın yeni sahibi iş adamıdırsa, həm də Moskvada yaşayırsa adını gizlətməsinə nə ehtiyac var?… Əldə olunan məlumatlardan belə görünür ki, yeni sahibin adını gizlətməyə ehtiyac var, həm də ciddi ehtiyac var… Qeyd edək ki, hələ bir neçə gün əvvəl Tağı İbrahimovun milyonluq villasının yeni sahibi ilə bağlı "AzPolitika”-ya çox maraqlı, hətta demək olar ki, sensasiyalı bir məlumat daxil olmuşdu. Əməkdaşımız bu məlumatı araşdırarkən həm Tağı İbrahimovun satdığı məhşur villanı, həm də onun yeni sahibinin kimliyini tapıb… absheron9Novxanının demək olar ki, ən gözəl yerində, üzü dənizə baxan təpənin yamacında yerləşən villa böyük ərazini əhatə edir. Bu ərazidə Azərbaycanın ən qüdrətli adamlarının – nazirlərin, iş adamlarının, generalların, polis rəislərinin və digərlərinin milyonluq villaları, bağ evləri yerləşir. Tağı İbrahimovun keçmiş villası isə lap prestijli yerdə – Prezident Administrasiyasının rəbəri Ramiz Mehdiyevin bağ evi ilə qonşuluqdadır…
İcra başçısının 5 milyonluq villasının fotosu yayıldı
İçərisində çoxlu sayda qiymətli ağacların, güllərin əkildiyi bağın dizaynının yüksək zövqlə işləndiyi də bizə verilən məlumatlar sırasındadır. 4 mətəbəli villanın həqiqətən dəyərli, çox möhtəşəm tikilməsi isə elə kənardan da görsənir. Elə buna görə də ATV-dən ayrıldıqdan az sonra villasını satışa çıxaran Tağı İbrahimov, ilkin olaraq bu bağ evi üçün 10 milyon dollar istəyirmiş. Ancaq həmin qiymətə alıcı çıxmadığından villanın qiyməti sonradan aşağı salınıb. Qonşuluqda yaşayanlardan birinin əməkdaşımıza dediyinə görə, son aylarda villa 6 milyon manata satışa qoyulmuşdu. Bu yaxınlarda isə, xəbər verildiyi kmi, 4,5 milyona satılıb. Yəni, Tağı İbrahimovun Novxanındakı bağını və villasını görənlər üçün onun 4,5 milyon manata satılması heç də təəsccüblü deyil…

Bayram Seferov 1Ancaq villanın yeni sahibi haqda bunu söyləmək mümkün deyil. Milyonluq mülkün yenu sahibinin adı bizi də çox təəccübləndirdi. Beləliklə… Tağı İbrahimovun 4,5 milyon manata satdığı möhtəşəm villanın yeni sahibi Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərovdur! Saytımıza daxil olan bu məlumatı bir neçə mənbə təsdiqləyib. Əlbəttə, Azərbaycanda nəinki bir-neçə milyonluq, hətta dəyəri 100 milyonlarla ölçülən əmlaka sahib olan və ya almağa gücü çatan kifayət qədər vəzifəli şəxs, həmçinin icra başçısı var. Bu baxımdan, artıq 5 ildir icra başcısı işləyən Bayram müəllimin 4,5 miyonluq villa alacaq qədər varlanması təəcüblü deyil. Lakin məsələ ondadır ki, B.Səfərov hər hansı bir başqa rayonun deyil, qaçqın rayonunun, adı olub, özü olmayan Şuşanın başçısıdır! Eyni zamanda da Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəridir.

Bunun hüquqi, qanuni tərəflərini bir kənara qoyaraq, məsələyə sırf mənəvi aspektdən yanaşdıqda mənzərə daha da faciəvi olur. Dağlıq Qarabağ bölgəsi və Şusa işğal altında qaldığı, bu diyarlardan məcburi didərgin düşmüş 10 minlərlə ailə ağır şəraitdə yaşadığı halda, formal da olsa onların lideri hesab edilən bir şəxsin özü üçün cah-cəlal qurmasına ad tapmaq çətindir. Sadəcə AYIBDIR! Ancaq məsələnin hüquqi, qanuni tərəfi də heç də az əhəmiyyət kəsb etmir. Belə ki, qanunla məmurlar gəlir deklorasiyası verməli, sahib olduqları varidatın mənbəyini açıqlamalıdırlar. Bayram Səfərovla bağlı rəsmi məlumatlardan belə məlum olur ki, 64 yaşlı icra başçısı daim dövlət işlərində çalışıb. Şuşa Rayon İstehlak Cəmiyyətinin sədri, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində işləyib. Son illər "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətində (”AZAL”) rəhbər vəzifədə çalışıb. 2009-cu il fevral ayının 27-də isə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bu vəzifədə onun maaşının məbləği də məlumdur…
Apardığımız araşdırmalardan sonra Tağı İbrahimovun villasını 4.5 milyon manata məhz Bayram Səfərovun aldığına şübhəmiz qalmasa da, rəsmi sənədləşmənin kimin adını aparıldığını hələ ki, dəqiqləşdirə bilməmişik. İstisna deyil ki, villanı Bayram Səfərov özünün deyil, yaxınlarından birinin və yaxud da hansısa Şuşa qaçqınının adına sənədləşdirib. Lakin əməkdaşımız bu məlumatı da dəqiqləşdirməyə çox yaxındır və yaxın günlərdə 4.5 milyonluq villanın rəsmi sahibinin də adı məlum olacaq.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov "Azad Azərbaycan” Teleradio Şirkətinin (ATV) sabiq prezidenti Tağı İbrahimovun Novxanıda yerləşən 4.5 milyonluq villasını alması barədə yayılan məlumatlara münasibət bildirib B.Səfərov Publika.az-a açıqlamasında haqqında yayılan məlumatlara maraqlı cavab verib: "Lap 5 milyon yazsınlar. Hamı villa ala bilər, mən yox? Belə şeylərə fikir vermək lazım deyil”. B.Səfərov jurnalistin "Vila almağınız barədə xəbərlər doğrudur?” sualına belə cavab verib: "Bu, yalan və ya doğru məlumat ola bilər. Məndə o qədər pul hardandır? O qədər pulum yoxdur”. Sonra B.Səfərov zarafatla deyib ki, həmin villa dəyişdirilib: "Villanı alğı-satqı etməmişik, "barter” etmişik (Red: gülür)”

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024