Karusel (21-03-2016, 19:34)
Rusiya Krımın ilhaqından nəyi qazanıb, nəyi itirib?
Bir il bundan əvvəl, Vladimir Putin, Krım və Sevastopolun rusiyayönlü administrasiyaları yarımadanın Rusiyanın tərkibinə daxil olması barədə sənəd imzalayıblar.
Hadisə martın 18-də baş verib. Bundan bir gün əvvəl isə Rusiya “Krım Respublikasının” müstəqilliyini tanımış, daha iki gün əvvəl isə, martın 16-da Ukraynanın Krım regionunun statusuna dair referendum keçirilmişdi.
Referendumun təşkilatıçıları guya əhalinin 96, 77 faizinin bu referendumda Rusiyaya birləşməyə “hə” dediyini iddia edirdilər. Referendumun nəticələri elan ediləndə Krımda artıq Rusiya qoşunları vardı və onlar Ukraynanın əsgəri hissələrini bloklamışdılar. Region faktiki olaraq Ukraynadan qopardılmışdı.
Nə Ukrayna, nə də beynəlxalq birlik bu referendumu tanımadılar, BMT isə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul etdi. Bu qətnamənin leyhinə 100, əleyhinə isə 11 ölkə səs vermişdi.
Rusiyanın iki ildir ki, bayram etdiyi “birləşmə”ni Qərbdə ilhaq kimi tanıyırlar və buna, habelə Ukraynanın şərqindəki münaqişəyə Rusiyanın müdaxiləsinə görə Moskva üzərinə Avropa İttifaqının və ABŞ-ın sanksiyaları qoyulub.
Son iki ildə Rusiyanın iqtisadi vəziyyəti pisləşib və indi ölkə böhran durumundadır.
BBC-nin Rus xidməti politoloqlara belə bir sualla müraciət edib: Rusiya Krımla birlikdə nəyi qazanıb, nəyi isə itirib?
Dmitri Orlov, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin baş direktoru: "Ən başlıcası Rusiya, vətəndaşların hakimiyyət ətrafında sıx birləşməsini əldə edib. Buna vətənpərvər səfərbərlik də demək olar. 2014-cü ilin martında başlanmış bu prosesin təsiri o qədər güclü olub ki, bu günədək davam edir. Vladimir Putinin aparıcı rəy sorğusu agentliklərinin reytinqlərində 80 faizədək dəstəyə malik olması bu vətənpərvər səfərbərliyin nəticəsidir. Prezidentə dəstək bu gün hər hansı sosial-iqtisadi problemdən asılı deyil".
- Deyək ki, bunu hakimiyyət əldə edib, bəs Rusiya?
- Rusiya çox şey əldə edib. Böyük dövlət oyunundan alınan ruh yüksəkliyindən Qara dəniz sahillərindəki yeni kurorta qədər. Əhali qazancı görür.
- Yaxşı bəs onda Rusiya nəyi itirib?
- Krımın reinteqrasiyası nəticəsində yalnız bəzən azalan, lakin sonra yenidən yüksələn uzunmüddətli sistem böhranı yaranıb. Başlıcası sanksiya rejimi iqtisadi vəziyyəti radikal şəkildə pisləşdirib. Mənim nəzərimcə bu əsas itkidir.
Mixail Remizov, Milli Strategiya İnstitutunun prezidenti:"Rusiya mənəvi özək əldə edib. Sevastopolda ayın 23-də şəhərlilər hakimiyyəti ələ almışdılar. Elə bir vəziyyət yaranmışdı ki, ya onları dəstəkləmək, ya da üsyanın əzilməsinə tamaşa etmək variantları var idi. Əgər orada lap Donbasdakı kimi böyük qanlar tökülməsə də, Maydanın özünümüdafiə dəstələri və ya Ukrayna təhlükəsizliyi tərəfindən müəyyən reprissiyalara yol verilsəydi, bu Rusiyanın mənəvi alçaldılması kimi qiymətləndiriləcəkdi. Bütün rus milləti düşünəcəkdi ki, kimsə onunla çəkmələrini silib. Bu elə bir sınma nöqtəsidir ki, buradan millətlər ya inqilab, ya böyük müharibə ilə çıxr, ya da heç çıxa bilmirlər. Ən əsası budur. Nə itirilib? Əvvəlki kimi yaşamaq və rahat uğur qazanmaq imkanı itirilib. Axına qoşulub üzmək imkanı itirilib. Hərçənd bir çoxları bunu istəyirlər".
Dmitri Oreşkin, müstəqil politoloq: "Rusiya Krımla birlikdə mifoloji və ideoloji məmnunluq qazanıb. Çünki əslində Rusiya hazırda Rusiyadan heç vaxt indiki qədər uzaq və ona yad olmayan Ukraynanı itirib. Bu aşkar geostrateji məğlubiyyətdir. Əvəzində isə ideoloji məkanda ifrat şişirdilmiş balaca Krım və onun Ukraynadan 20 dəfə az olan iki milyonluq əhalisi əldə olunub. Rusiya Putin üçün reytinq, beynəlxalq təcridolunma, iki dəfə ucuzlaşmış rubl, federal büdcə hesabına ödənilmiş Krım büdcəsinin iki il yığılıb qalmış kəsirini əldə edib. Bu gün Putinin seyrinə getdiyi körpüyə isə 250 milyard, ola bilsin 300 milyard xərclənəcək. Odur ki, bir tərəfdən virtual təntənə, digər tərəfdən isə haqqında danışılması məqbul sayılmayan son dərəcə real maddi problemlər əldə olunub".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024