Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (11-07-2015, 14:03)
Krımda 276 hakimi həbs gözləyir

Ukrayna Baş Prokurorluğu Krımda 276 hakimin həbsi ilə bağlı hökm hazırlayır

 

Ukraynanın baş prokuroru Krımda 276 hakim həbsə icazə vermək xahişi ilə ölkənin Ali Məhkəməsinə müraciət edib. 
Məhkəmənin saytında bildirilir ki, bu hakimlər barəsində dövlət xəyanəti haqqında cinayət işləri qaldırılıb.
Prokurorluq bu il mayın 22-də istintaq nəzarətində olan Krımdakı hakimlərə cinayət törətməkdə şübhəli bilinmələri barədə xəbərdarlıq məktubu göndərib. 
Ukraynanın baş prokuroru Viktor Şokin
Baş prokuror Viktor Şokin bildirib ki, bu şəxslər hakim andını pozub, Rusiya tərəfindən Krımın zəbt edilməsindən sonra "təcavüzkar ölkə tərəfindən qanunsuz yaradılmış" məhkəmələrdə xidmətə keçiblər: "Bu, həyasızlıqdır və vətənə xəyanətdir". 2014-cü il ərzində Krım hakimləri Rusiya Federasiyasının adı ilə qərarlar qəbul edərək, üzərinə Ukraynanın gerbi olan möhür vurubıar.
Ötən il martın 16-da Krımın Rusiyaya qanunsuz birləşdirilməsinə dair referendum keçirilib. Rəsmi məlumatlara görə, yarımadanın 96,77% sakini subyekt kimi Rusiya ilə yenidən birləşməyə səs verib. Martın 20-də Rusiya Federasiyasının Dövlət Duması yeni subyektlərin Rusiya tərkibinə qəbul haqqında dövlətlərarası müqaviləni təsdiqləyib. Prezident Vladimir Putin martın 21-də Moskvada bu sənədi imzaladı. 
BMT Baş Məclisi martın 27-də qətnaməni qəbul edərək, Krımda keçirilmiş referendumu qeyri-qanuni adlandırıb: "BMT Baş Məclisi Ukraynanın müstəqilliyini və ərazi bütövlüyünü bir daha təsdiq edir."
Xatırladaq ki, bu ilin martında Ukraynada keçirilən anti-korrupsiya əməliyyatının bir hissəsi olaraq kabinet iclası zamanı iki yüksək rütbəli rəsmi həbs edilib. Bundan bir neçə saat öncə Dnepropetrovsk vilayəti başçısı İhor Kolomoyski istefaya göndərilmişdi.
Ukraynanın Dövlət Fövqəladə Hallar Xidmətinin başçısı Serhiy Boçkovski və onun müavini Vasıl Stoyetski televiziyada canlı yayımlanan iclasda polis tərəfindən qandallanıb. Onlar yüksək səviyyəli korrupsiyada iştirak etməkdə şübhəli bilinir.
Ukrayna prezidenti Petro Poroşenko İqor Kolomoyskinin Dnepropetrovsk vilayəti başçısı vəzifəsindən istefası haqqında fərman imzalayıb.(ans press)
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024