Karusel (6-03-2016, 23:33)
Azərbaycanlı milyarderin ortağına EDAM CƏZASI
Babək Zəncani ilə yanaşı daha 2 nəfərə də ölüm cəzası verilib
Babək Zəncani və digər 2 şəxs xaricə neft satışından külli miqdarda mənimsəmədə günahlandırılırlar.
APA-nın “Reuters”ə istinadən xəbərinə görə, onların hər üçü korrupsiya əməllərində də təqsirli bilinir.
Məhkəmə, həmçinin, B. Zəncaninin və əlbir olduğu şəxslərin mənimsədikləri, ölkənin bütün yanacaq sahəsinin dövlət operatoru olan İran Milli Neft Şirkətinin vəsaitini dövlət xəzinəsinə qaytarmaları barədə də qərar çıxarıb.
İttiham olunan şəxslər məhkəmə qərarından şikayət edə bilərlər.
Qeyd edək ki, B. Zəncani 2013-cü ilin dekabrında 12 deputatın onun sahibkarlıq fəaliyyətinin araşdırılması üçün hökumətə müraciətindən sonra tutulub.
O, neft ixracından əldə etdiyi 2 milyard dollara yaxın gəliri gizlətməkdə ittiham olunurdu (Rəsmi Tehran karbohidrogen ehtiyatların xaricə ixracatı ilə məşğul olmağı ona həvalə etmişdi).
2012-ci ildən isə B. Zəncani neft embarqosuna baxmayaraq, İran rəhbərliyinə yardım etdiyinə görə ABŞ və Avropa İttifaqının sanksiyası ilə üzləşib.
13,5 milyard dollarlıq sərvətə malik olan B. Zəncani İranın ən varlı şəxslərindən sayılır.
xxxxx
15:32
İranda milyard dollarlıq dələduzluqda təqsirləndirilən tanınmış iş adamı Babək Zəncaniyə edam hökmü verilib. Lent.az Sözcü-yə istinadən xəbər verir ki, Türkiyədə yaşayan Azərbaycan əsilli tanınmış iş adamı Rza Zərrabın ortağı olan B.Zəncani ilə yanaşı daha iki nəfər barəsində də məhkəmə ən ağır cəza verib.
Qeyd edək ki, B.Zəncani İran dövlətinə qarşı 2,8 milyard dollarlıq dələduzluqda ittiham edilib. O, 2013-cü ilin dekabr ayında həbs edilmişdi.