Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (22-01-2016, 19:09)
"Azərbaycanın xarici siyasətini iflic ediblər" - Nazim İbrahimova ittiham

"Azərbaycanın xarici siyasətini iflic ediblər" - Nazim İbrahimova ittiham

 

Hər tərs gedən işdə erməni lobbisinin əlini axtarmaq nədir, çarəsizlik, yoxsa işbilməzlik? Bəs Azərbaycan Diaspora təşkilatlarına ayrılan pullar hara xərclənir?
Bununla bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ölkə.az-a verdiyi açıqlamasında şərh verib: "Deyirlər, erməni lobbisi çox güclüdür, Azərbaycan haqqında xaricdə pis bir şey olan kimi, atırlar onların üstünə. Çox şişirdirlər, bu düzgün deyil. Hər bir insan vicdanını qabağına qoyub, millət üçün, vətən üçün işləməlidir. Bəhanə gətirməyə nə var ki? O qədər bəhanə gətirə bilərik. Ermənilər onsuz da torpaqlarımızı 20 ildir zəbt ediblər. Bütün hər şeyi erməni diasporasının ayağına yazmaq məntiqsizlikdir. Belə deyərək özümüzü gülünc vəziyyətə qoyuruq.
Nə qədər yalan danışmaq olar? Bir iş görə bilməyəndə erməni lobisi belə etdi, elə etdi demək çarəsizlikdir. Öz bacarıqsızlıqlarını başqalarının ayağına yazmasınlar. Azərbaycanın xarici siyasətini iflic ediblər. ABŞ-dan bizə sanksiyalar gözlənilir. Bunun qarşısını almaq əvəzinə başlayırıq yalançı məlumatlar yaymağa. Diasporaya ayrılan pullar həmin sahəyə xərclənməlidir. Ancaq görünən odur ki, o pullar şəxsi ciblərə gedir. Dövlət büdcəsindən ayrılan pullar hamısı öz təyinatı ilə xərclənməlidir".

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024