Karusel (29-12-2015, 14:24)
Siyavuş Novruzov: "ABŞ-la əməkdaşlığı davam etdirməliyik"
“Millət vəkili Rövşən Rzayevin hazırladığı layihəni dəstəkləyirəm. Amma nəzərə almalıyıq ki, hər gün bir nəfər erməni lobbisinin təhriki ilə Azərbaycana qarşı məsələ qaldıracaqsa, biz də Milli Məclis olaraq belə bir layihənin ortaya atılmasını götür-qoy etməliyik”.
Mediatv.az xəbər verir ki, xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Siyavuş Novruzov deyib.
S.Novruzov qeyd edib ki, ABŞ Azərbaycanın strateji müttəfiqidir: “Azərbaycan bu ölkə ilə əməkdaşlığını davam etdirməlidir. Kris Smitin layihəsi ABŞ dövlətinin mövqeyi deyil. Bu, sırf ermənipərəst konqresmenin mövqeyidir. Biz öz etirazımızı bildirməliyik, amma bəzi mətbuat orqanlarında deyildiyi kimi kəskin sanksiyalar olmamalıdır. Çünki bizim konqreslə əlaqələrimiz var. Orada işçi qrupumuz fəaliyyət göstərir və onların vasitəsilə danışıqlar aparmalı, məsələnin həllinə nail olmalıyıq”.
Spiker Oqtay Əsədov S. Novruzovun çıxışına cavab olaraq bildirib ki, Rövşən Rzayevin layihəsi dövlətin rəsmi mövqeyini ifadə etmir.
“Rövşən Rzayev deputat kimi öz təklifini irəli sürüb. Biz də bunu nəzərə alaraq, göstəriş verdik ki, layihəyə komitələrdə baxılsın. Digər məyusedici məqam odur ki, bəzi KİV-lər mövcud qanun layihəsinin Helsinki qrupu tərəfindən hazırlandığını qeyd edir. Bəyan edirəm ki, bu layihə sırf Kris Smit tərəfindən hazırlanıb. Odur ki, Helsinki qrupunun bu məsələyə heç bir aidiyyatı yoxdur. İlk növbədə bunu başa düşməliyik”.