Karusel (13-12-2015, 19:33)
Azərbaycanlı iri məmurların vəzifədəki övladları - kim hansı post tutur?
Azərbaycanın bir sıra yükəsk vəzifəli şəxslərinin övladları ayrı-ayrı dövlət qurumlarında önəmli vəzifələrə təyin ediliblər. Qaynar.info-nun məlumatına görə onların arasında nazir müavini olanlar da var, səfir postu tuanlar da.
Ən diqqətçəkən məqam isə iri məmurlarının övladlarının daha çox hüquq-mühafizə orqanları sistemində çalışmasına maraq göstərmələridir.
Beləliklə, Qaynar.info-nun araşdırması nəticəsində vəzifəli məmur övladlarının ortaya çıxan siyahısı:
Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu da kifayət qədər yüksək vəzifədə çalışır. Belə ki, Emin Eyyubov Azərbaycanın Avropa Birliyi yanında diplomatik missiyasına rəhbərlik edir.
Emin Eyyubov
Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini postunu tutur. General-mayor rütbəsini daşıyan T.Mehdiyev bundan öncə Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini, Mədəniyyət və Turizm nazirinin müavini vəzifələrində çalışıb.
Müdafiə sənayesi naziri Yavər Camalovun oğlu Elşən Camalov Nizami rayonunda mühafizə polisinin rəisidir.
Müdafiə Nazirliyinin Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general-polkovnik Nəcməddin Sadıqovun oğlu Məmməd Sadıqov Bakı Şəhər Vergilər Departamentinin rəis müavini vəzifəsində çalışır.
Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin rəisi, polkovnik-leytenant Vüsal Qaraşov Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur.
Daxili işlər naziri Ramil Usubovun böyük oğlu Emil Usubov da DİN-də yüksək vəzifə tutur. O, Nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, Təhqiqat İdarəsinin rəisi vəzifələrini daşıyır. Nazirin kiçik oğlu Raul Usubov isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində İstintaq İdarəsinin rəisidir.
Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun iki oğlu var. Onlardan biri Rauf Əhmədov Xətai Rayon Məhkəməsində hakim, digəri isə Xarici İşlər Nazirliyində çalışır.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun oğlu Emin Həsənov da polis orqanlarında çalışır.
Baş nazirin birinci müavini Elçin Əfəndiyevin qızı Günay Əfəndiyeva YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibidir.
Günay Əfəndiyeva
Bir il öncə Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinin rəis müavini vəzifəsinə təyin olunan Rəşad Əhmədzadə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin oğludur.
Yasamal rayon Yol Polis şöbəsinin rəisi Elşad Məmmədov deputat Elman Məmmədovun oğludur. Deputatın böyük oğlu 1993-cü ildən başlayaraq yol polisində çalışır və hazırda polkovnik-leytenant rütbəsi daşıyır. Millət vəkilinin digər bir oğlu da yol polisində xidmət edir.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov da məmur oğludur. Onun atası Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İşlər idarəsi müdirinin birinci müavini Oqtay Şahbazovdur. Pərviz şahbazov 2005-ci ilin avqust ayından Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiridir.
Qaradağ rayon 10-cu polis bölməsinin rəisi Xəlil Bayramov isə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərovun oğludur.
Xətai rayon 34-cü polis bölməsinin sabiq rəisi İsfəndiyar Mehbalıyev Həmkarlar İttifaqı Konfederasiyasının rəhbəri Səttar Mehbalıyevin oğlu Pirallahı rayon Polis Şöbəsinin rəisidir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024