Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (21-11-2015, 22:14)
Parisin ermənipərəst merinə azərbaycanlılardan etiraz

 

 

Fransada yaşayan azərbaycanlılar Paris şəhərinin meri, xanım An İdalqonun ermənilərin “Hayastan” fondu ilə əməkdaşlığına etirazlarını bildirərək xüsusi bəyanatla çıxış ediblər.

Mediatv.az-ın xəbərinə görə, bəyanatda deyilir: "Biz, Fransada yaşayan azərbaycanlılar olaraq, Parisin meri An İdalqonun erməni “Hayastan” fondu ilə əməkdaşlığını qətiyyətlə pisləyirik. Adıçəkilən bu fondun bəzi fransız siyasət adamları tərəfinfən dəstəklənməsi başa düşülən deyil. Belə ki, məhz bu fond hazırda Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində bir çox layihələrin icrasına dəstək verir.

Xatirlamaq istərdik ki, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildən başlayıb və münaqişə nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, habelə 1990-cı ilə qədər tamamilə azərbaycanlıların yaşadıqları yeddi ətraf rayonu olmaqla, təqribən 20% ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Təqribən 1 milyona qədər azərbaycanlı öz doğma yurd-yuvalarından qovulub, 20 mindən çoxu qətlə yetirilib, 50 mindən çoxu isə şikəst qalıb. Ermənilərin həbs düşərgələrində təcavüz və işgəncələrə məruz qalaraq həlak olmuş dörd mindən çox azərbaycanlının taleyi isə naməlum olaraq qalmaqdadır.

Biz, eyni zamanda, mer xanım An İdalqonun diqqətini bu əldə edilmiş vəsaitlərin hansı məqsədlərlə istifadə ediləcəyinə yetirmək istərdik: həyata keçirilən bu layihələrin təbiəti nədən ibarətdir? Bu fondun fəaliyyətinin şəffaflığından nə dərəcədə əmin ola bilərik?
Məlumdur ki, Fransa dövləti Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanıyır və o, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinfən biridir. Fransanın da öhdəliklərindən biri BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə hörmətlə yanaşmaqla Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı həlli yolunu axtarıb tapmaqdır. Bundan əlavə, biz Fransa və Azərbaycan arasındakı dostluq münasibətlərinə xələl gətirə biləcək bu kimi təşəbbüslərin paradoksallıq təşkil etdiyi fikrindəyik.

Fransadakı azərbaycan icması

Paris şəhəri, 20 noyabr 2015-ci il".

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024