Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (11-11-2015, 19:35)
Nəsimi rayon Məhkəməsində dəhşətli hadisə

Nəsimi rayon Məhkəməsində dəhşətli hadisə

 

Bu gün Nəsimi rayon Məhkəməsində dəhşətli hadisə baş verib. Qaynar.info-nun əldə etdiyi məlumata görə, şübhəli şəхs qismində həbs olunan Əliyev Samir Səməndər oğlu özünü yandırıb.

Bu barədə Qaynar.info-ya məlumat verən onun həyat yoldaşı Zəminə Əliyeva bildirib ki, Samir Əliyev keçmiş həyat yoldaşını öldürməkdə və yandırmaqda ittiham olunur. Zəminə Əliyeva deyib ki, həyat yoldaşının Natəvan Əliyevanı öldürməsi barədə heç bir dəlil tapılmayıb. Müstəntiq Aslan İbrahimov bu gün 4 aydır həbsdə olan Samir Əliyevin həbs müddətinin daha 4 ay uzadılmasını istəyib. Məhkəmə müstəntiqin istəyini qəbul edib.

Bundan sonra təqsirləndirilən şхəs özünü yandırıb. Ədliyyə Nazirliyinin əməkdaşlarının müdaхiləsindən sonra yanğın söndürülüb. Samir Əliyevin vəziyyəti barədə hələlik yaхınlarına heç bir məlumat verilməyib.

Qeyd edək ki, iyunun 26-da itkin düşmüş 34 yaşlı Natəvan Əliyevanın yandırılmış cəsədi Bakı-Quba yolunda tapılıb. Məlum olub ki, o, Xətai rayonundakı evində öldürülüb və Bakı-Quba yoluna aparılaraq yandırılıb. Natəvan Əliyeva Bakıda 2 saylı Doğum Evində həkim-ginekoloq işləyib. Öz bibisi oğlu olan əri keçmiş polis işçisi olub. Onlar 2013-cü ilə boşanıblar və evlilikdən 3 uşaqları olub.

Öldürülən Natəvan Əliyeva

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024