Karusel (27-10-2015, 19:52)
İranlı şairlərə şallaq cəzası - Əllə görüşə görə...
İranlı şairlər Fatimə İxtisari və Mehdi Musəvi yazdıqlarına yazılara görə həbs və əks cinsin nümayəndəsiylə əllə görüşə görə şallaq cəzası alıb.
“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, İranda fəalların, jurnalistlərin və sənətkarların həbsi prezident Həsən Ruhaninin Qərblə əlaqələri yaxşılaşdırmağa və ölkənin imcini yumuşaltmağa çalışması fonunda baş verir.
Bu yay ölkə ABŞ da daxil olmaqla, dünyanın bir sıra dövləti ilə nüvə sazişinə imza atıb.
İran mühafizəkarları Qərblə bu yaxınlaşmanı İslam Respublikasına təhlükə və mənəvi tənəzzül hesab edirlər. Fatimə İxtisari və ixtisasca həkim olan Mehdi Musəvi ilk dəfə 2013-cü ilin dekabr ayında həbs edilib.
Bu dəfə isə İxtisari 11 il yarım, Musəvi isə dövlət əleyhinə təbliğatda günahlandırılaraq 9 il müddətinə həbs və şallaq cəzasına məhkum ediliblər.
Bir sıra beynəlxalq insan haqları təşkilatları İranda davam edən həbslərə görə narahatlığını bildirib.
PEN Amerika İfadə Azadlığı Proqramının direktoru Karin Deutsch Karlekar-in sözlərinə görə, “nüvə razılaşması yaxınlaşmaya və açılmaya ümid yaratsa da, həyata keçirilən həbslər bunun baş verməyəcəyini göstərir”.
Bu ilin iyun ayında karikaturaçı Atena Fərğadani İran parlamenti üzvlərini meymun, inək və digər heyvanlar kimi təsvir etdiyinə görə, 12 il 9 ay həbs cəzasına məhkum edilib.
Bu ay isə tanınmış kinorejissor Keyvan Kərimi çəkdiyi filmlərə görə, altı il həbs cəzasına və 233 şallaq cəzasına məhkum edilib.