Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (9-10-2015, 21:57)
Dünyada içməli su azalır

Alimlərin bildirdiyinə görə, dünyada içməli su çatışmazlığı var və bu problem dünyada əhalinin artması və iqlim dəyişikliyi səbəbilə daha da dərinləşəcək. Su çatışmazlığı səbəbindən dünya boyu insanların necə əzab çəkdiyini göstərən şəkilləri Kaliforniyanın Lonq Biç sahilindəki “Aquarium of the Pacific” sərgisində görmək olar.


Fermalardan tutmuş şəhər sakinlərinədək Birləşmiş Ştatların qərb bölgələrində su problemi hamının diqqətindədir. Lonq Biç Su İdarəsinin işçisi Kevin Veytyer bu problemin artıq bir neçə ildir olduğunu deyir. 

“Bu, Kaliforniya tarixində ən çox quraqlıq olan illərdir.”

“Aquarium of the Pacific”in prezidenti Cerri Şubel su probleminin yalnız Amerikanın qərbində olmadığını deyi: 

“BMT-nin hesablamalarına görə, dünyanın yarısından çox hissəsi su çatışmazlığından əziyyət çəkir və bu problem 2025-ci ilə qədər 60 faiz artacaq.”

“Aquarium of the Pacific”də nümayiş etdirilən şəkillər “National Geographic” jurnalının fotoqrafları tərəfindən çəkilib. Burada Qanqa sakinlərindən tutmuş Afrika qadınlarına qədər, dünya boyu su axtaran insanların şəkillərini görmək olar. Annenberq Fondundan Kamil Louri sərgini təşkil edənlərdəndir. 

“Haradasa insanların həyatları boyu içməli su dalınca kilometrlərlə yol getməsi bizim üçün ağlasığmazdır.”

“Milyard illərdir Yer kürəsində suyun həcmi dəyişməyib, lakin içməli su ilə duzlu su arasında bu fərq artır və içməli su azalır” deyə, Şubel bildirir.

Şubel onu da əlavə edir ki, dünya ölkələri birgə işləsə, bu problemi həll etmək mümkün olar. 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024