Karusel (9-10-2015, 12:16)
Bakı Baş Gömrük idarəsində təftiş: Həbslər olacaq
Parlament seçkilərindən sonra Dövlət Gömrük Komitəsində (DGK) bəzi vəzifəli şəxslərin həbsi gözlənilir.Bu barədə arqument.az-a mötəbər mənbələrdən məlumat daxil olub. Məlumatda həbslərin səbəbi kimi DGK-da və bir sıra Gömrük idarələrində aparılan gizli yoxlamalar göstərilir.
Mənbə bildirir ki, hakimiyyət bir sıra oliqarxları təftiş etməyə başlayıb. Onların dövlət əmlakını mənimsəməsi və böyük biznes imperiyaları qurması artıq bəzi dairələri narahat etməyə başlayıb. Ona görə də hakimiyyət içində hakimiyyət qurmağa çalışan oliqarxların fəaliyyətləri və imkanları məhdudlaşdırılır. Onun sözlərinə görə, Ziya Məmmədovun sıradan çıxarılması da bu yoxlamaların tərkib hissəsidir. Çünki Məmmədovun güclənməsi gələcəkdə hakimiyyət üçün arzuolunmaz şəxsə çevirilmək təhlükəsi yarada bilərdi…
Mənbə iddia edir ki Məmmədovdan sonra Kəmaləddin Heydərovun nəzarətində olan qurumlarda da kütləvi yoxlamalar aparılacaq. Seçkidən sonra isə Gömrük Komitəsi "ASAN” xidmətin nəzarətinə keçəcək. Belə ki, Gömrük yüklərinin ASAN Xidmət vasitəsilə bəyan edilməsi planlaşdırılır. Bu da gömrük ödənişlərinin banklar vasitəsi ilə köçürülməsi və xidmət çərçivəsində sənədlərin qəbul olunmasını asanlaşdıracaq. Bir sözlə, komitə Heydərovun monopoliyasından alınacaq. İddia edilir ki, artıq qurumla bağlı müəyyən ölçülər də götürülüb. Məmurların həbsolunma ehtimalı isə yükdaşımalar və xidmət zamanı yol verilən korrupsiya və mənimsəmələrlə bağlıdır. Yoxlamaların bütün gömrük sistemini əhatə edəcəyini deyən mənbənin sözlərinə görə, əsasən də Bakı və Sumqayıt Baş Gömrük İdarələri təftiş olunacaq. Bu
Yazıda adıçəkilən şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq.