Karusel (4-10-2015, 23:43)
Deputatlıqla vidalaşan deputatlar: 20 nəfər - Siyahı
Parlament seçkilərində deputatlığa namizədliyin irəli sürülməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddət başa çatı Mediatv.az "Report"a istinadən xəbər verir ki, namizədliyin irəli sürülməsi və qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyalarına təqdim edilməsi müddəti oktyabrın 2-də günün sonunda bitib.
Bununla da Milli Məclisin hazırkı deputatlarından parlament seçkilərində iştirak etməyənlərinin adları məlum olub. Ümumilikdə, 20 deputat yenidən namizədliyini irəli sürməyib. Onlardan 14 nəfəri hakim Yeni Azərbaycan Partiyasının (YAP) parlament fraksiyasının üzvüdür. YAP deputatlığa namizədlərinin siyahısını hazırlayanda onlardan 13 nəfərinin adını rəsmi namizədlər siyahısına daxil etməyib. Hakim partiyanın namizədlərindən biri seçki prosesindən çəkildiyini və namizədliyini geri götürdüyünü açıqlayıb.
Bundan başqa, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi Sabir Rüstəmxanlı və 5 bitərəf deputat yenidən seçkiyə qatılmayıblar.
Milli Məclisin növbəti tərkibində təmsil olunmayacaq hazırkı deputatların siyahısını təqdim edirik.
İsmayıl Hacıyev - YAP
Abel Məhərrəmov - YAP
Qalib Salahzadə - YAP
Arif Əşrəfov - YAP
Fərhad Qəribov - YAP
Cəlal Əliyev - YAP
Aslan Cəfərov - YAP
Ayaz Orucov - YAP
Ərəstun Cavadov - YAP
Gülçöhrə Məmmədova - YAP
Əhməd Vəliyev - YAP
Rəbiyyət Aslanova - YAP
Nazim Fərəcov - YAP
Leyla Abdullayeva - YAP (namizədliyini geri götürüb)
Elton Məmmədov - bitərəf
Ceyhun Osmanlı- bitərəf
Aydın Abbasov - bitərəf
Etibar Hüseynov - bitərəf
Arif Alışanov - bitərəf
Sabir Rüstəmxanlı - Vətəndaş Həmrəyliyi Partiyasının sədri
Qeyd edək ki, bu il noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək.