Siyasət / Slayd (28-09-2015, 20:55)
YAP-ın imtina etdiyi biznesmen deputatlar - SİYAHI
Noyabrın 1-də keçiriləcək parlament seçkilərində bəzi biznesmen deputatlar kənarda qalacaq. Mediatv.az xəbər verir ki, hakim partiyanın sentyabrın 15-də elan etdiyi namizədlər arasında bizneslə məşğul olan bir neçə deputata yer verilməyib.
87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən millət vəkili olan Ərəstun Cavadov bu il seçkilərdə iştirak etməyəcək. YAP onun yerinə Əlyunis Mütəllimovun namizədliyini irəli sürüb.
Ərəstun Cavadov parlamentdə biznesmen deputat kimi tanınır. O, Mərkəzi Univermağın İdarə Heyətinin sədridir. Deputatın Ağsu rayonunda bir neçə obyekti var.
Hakim partiyanın siyahıda yer vermədiyi digər millət vəkili isə Fərhad Qəribovdur. 57 saylı Kürdəmir Seçki Dairəsindən seçkiyə biznesmen deputatının yerinə Nizami Qəribov qatılacaq. Kürdəmirin deputatı Bakıda yerləşən “Çıraq Plaza”, “Şəki” restoranlar şəbəkəsinin sahibidir. Bundan əlavə deputat “Debütbank”ın rəhbəridir. F.Qəribov Bakıda daha bir neçə obyektin sahibidir.
115 saylı Şəki kənd ikinci Seçki Dairəsindən parlamentdə təmsil olunan Cavanşir Feyziyevin də seçilib-seçilməyəcəyi sual altındadır. O, AVROMED şirkətinin təsisçisidir. C.Feyziyevin namizədliyini irəli sürməyi belə sual altındadır.
Digər bitərəf deputat Rafael Cəbrayılovun da yenidən mandat sahibi olacağı mübahisəlidir. Millət vəkilinin tikinti biznesi ilə məşğul olduğu deyilir. Deputat mətbuata verdiyi müsahibələrində bunu inkar edərək özünün yox, qardaşlarının tikinti şirkətlərinin olduğunu qeyd edib.
YAP-ın siyahısına salmadığı millət vəkillərindən biri də Əhməd Vəliyevdir. 107 saylı Qazax Seçki Dairəsindən deputat olan Ə.Vəliyevin yerinə seçkilərə Zeynal Əhmədov qatılacaq. Qazaxdan olan parlament üzvünün bizneslə məşğul olması heç kimə sirr deyil. O, Odlar Yurdu Universitetinin rektoru olmaqla yanaşı, Muğanbank ASC və “Oksigen” klinikasının sahibidir.//Axar.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024