Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (3-10-2015, 21:34)
Aydın Abbasovun deputatlıqdan imtina bəyanatındakı “sirli sözlər” - səbəb nədir?

 

Noyabrın 1-də ölkədə keçiriləcək parlament seçkilərində iştirakdan “imtina” edən deputatların siyahısına baş nazirin keçmiş 1-ci müavini, hazırda Rusiyada yaşayan və çalışan, Azərbaycan hakimiyyəti ilə isə faktiki olaraq “soyuq müharibə” aparan Abbas Abbasovun oğlu Aydın Abbasov da qoşulub. Burada “imtina” sözünü təsadüfən dırnaq işarəsi içində yazmadıq.
Çünki aydındır ki, oğul Abbasov belə bir qərarı heç də könüllü qəbul etməyib. Bunun məcburiyyətdən atılan bir addım olduğu şübhə doğurmur. Aydın Abbasovun yenidən mandat əldə etmək istəməməsində məhz atası ilə hakimiyyət arasındakı ixtilafın kilid rolu oynadığı aydındır. Bu şəraitdə seçkiyə getmək həqiqətən mənasız olardı. Onsuz da Aydın Abbasovun 2015-dən sonra mandatsız qalacağı hələ çox əvvəlıdən geniş ictimaiyyətə və təbii ki, onun özünə də bəlli idi.
Bizim diqqətimizi çəkən isə Aydın Abbasovun seçkilərdə iştirakdan imtina ilə bağlı qərarındakı bir abzas oldu. Sitat: “Bəli, bu gün açıq şəkildə Azərbaycana qarşı ədalətsiz, ikili standartlar siyasəti yürüdülür. Dövlətim, millətim naminə bu siyasətə qarşı mübarizə aparacağam. Vətənə, dövlətə hörmət etmək hər birimizin borcudur”.
Əslində ilk baxışda burada təəccüblü heç nə yoxdur. Aydın Abbasov YAP cəbhəsinin Qərbə qarşı ümumi xorunun bir fərdi kimi danışır, hakimiyyət təmsilçilərinin “ikili standartlar” barədə ənənəvi, öyrəşdiyimiz leksikonunu təkrarlayır.
Amma məsələ burasındadır ki, oğul Abbasov xüsusən son vaxtlar bu şəkildə açıqlamalar vermirdi, məsələn, Azərbaycan hakimiyyətinin Avropa ilə münasibətlərinin kəskinləşdiyi, Milli Məclisdə “qoca qitə”yə faktiki olaraq savaş elan edildiyi vaxtda da ondan belə sözlər eşitmədik. Ümumiyyətlə, onun mediadan, ictimai-siyasi fəallıqdan kənar dayanmağa çalışdığı açıq sezilir. Bu xüsusilə atasının rəsmi Bakı ilə münasibətlərinin kəskin pisləşməsindən sonra başlayıb. 
Bəs indi Aydın Abbasovun seçkidə iştirakdan imtina barədə hakimiyyətə sədaqətini yüksək dozada nümayiş etdirməyə çalışmasının başqa bir səbəbi ola bilərmi? Belə ehtimallar var ki, deputatlıq müddəti bitdikdən sonra onu çətin günlər gözləyə bilər. Xüsusilə hakimiyyət nümayəndələrinin və mətbuatının davamlı şəkildə anti-Azərbaycan fəaliyyətində ittiham etdikləri Abbas Abbasovu kontrol altında saxlamaq və müəyyən fəaliyyətlərdən çəkindirmək üçün oğlunun ölkədən çıxışına yasaq qoyula biləcəyi, bir növ “siyasi girov” olaraq saxlanılması istisna olunmur.
Bundan başqa, indiyədək KİV-lərdə bir neçə dəfə Aydın Abbasovun həbs ehtimalından bəhs edilməsi də unudulmamalı və bu tipli iddiaların vaxtaşırı dövriyyəyə buraxılması təsadüfi sayılmamalıdır. 
Mümkündür ki, deputatlıq müddətinin bitməsi ilə toxunulmazlıq statusunun da aradan qalxacağını və bunun müəyyən fəsadlara yol aça biləcəyini hesablayan Aydın Abbasov məlum imtina bəyanatındakı sözləri ilə hakimiyyətə bağlılığını və sədaqətini nümayiş etdirməyi məhz yuxarıda yazılanlar səbəbi ilə zəruri sayıb. Bu səbəbdən onun oxşar çıxışlarına bundan sonra da tez-tez rastlaya bilərik.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024