Karusel (30-08-2015, 14:10)
İran prezidenti Qərblə razılaşmadan danışdı
İran İslam Respublikasının Prezidenti Həsən Ruhani yerli və xarici jurnalistlər üçün Tehranda mətbuat konfransı keçirib. Mediatv.az AzərTAc-a istinadən xəbər verir ki, prezident Qərb dövlətləri ilə İranın nüvə proqramına dair əldə etdiyi razılaşmanın ölkə parlamentindən əlavə Milli Təhlükəsizlik üzrə Ali Şurada da təsdiq (ratifikasiya) olunacağını bəyan edib.
H. Ruhani bildirib ki, İran ilə danışıq aparan Qərb dövlətləri hələlik razılaşmanı parlamentlərinə təqdim etməyiblər. Heç bir dövlətin parlamentində bu məsələ müzakirə edilərək təsdiq olunmayıb ki, İran parlamenti də bundan nümunə götürərək razılaşmanı müzakirə etin.
İran Prezidenti razılaşmanın tərəflər üçün faydalı olduğunu nəzərə çatdıraraq ölkəyə investisiya qoyulacağını və iqtisadiyyatın inkişaf edəcəyini vurğulayıb.