Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (24-08-2015, 13:59)
Elçin Xəlilova şərti cəza verildi

Elçin Xəlilova şərti cəza verildi

 

Azərbaycan Müdafiə Nazirliyi Elmi-Tədqiqat Mərkəzinin keçmiş rəhbəri, alim-seysmoloq Elçin Xəlilovun üzərindən bütün əsas ittihamlar götürülüb. O, CM-in 308.2.1 maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə təqsirli bilinmişdi və şərti olaraq bir il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə vəkil Fəxrəddin Mehdiyevin Turan-a göndərdiyi müraciətdə deyilir.

Vəkilin sözlərinə görə, məhkəmə araşdırması zamanı çoxlu sayda şahid, cümlədən Müdafiə Nazirliyinin vəzifəli şəxsləri dindirilib. Bundan əlavə, məhkəməyə əlavə sənədlər və faktlar təqdim olunub və məhkəmə onları nəzərə alıb. Bu sənədlər və faktlar E.Xəlilovun təqsirsiz olduğunu təsdiqləyib.

“Olduqca mürəkkəb araşdırmalardan sonra Ağır Cinayətlərə dair Bakı Şəhər Məhkəməsi hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda (14 may, 2015-ci il) Cinayət Məcəlləsinin 179.3.2. (dövlət əmlakının külli miqdarda mənimsənilməsi) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulan əməllərin törədilməsi sübuta yetirilmədiyindən onun üzərindən həmin ittihamlar götürülsün”, - müraciətdə deyilir.

“Məhkəmənin qərarı ilə E.Xəlilovun barəsində şərti olaraq 1 il sınaq müddəti müəyyən edilib. Qərar 2 iyun 2015-ci ildən qüvvəyə minib”, - vəkil bildirib.

Onun sözlərinə görə, Elçin Xəlilova qarşı irəli sürülən 308.2 maddəsi ilə "vəzifə səlahiyyətlərindən sui-istifadə" verilən ittiham maliyyə pozuntuları ilə bağlı deyil və onun inzibati faliyyətindəki nöqsanlara aiddir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024