Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (31-12-2014, 13:44)
Səfər Əbiyevin daha bir adamı həbsdən buraxıldı - Talanan milyonlar dövlət büdcəsinə qaytarılır

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Sabiq müdafiə naziri Səfər Əbiyevin köməkçisi, ictimaiyyətin zəlzələşünas alim kimi tanıdığı E.Xəlilov məhkəmə zalından azadlığa buraxılıb. 

Lent.az-ın məlumatına görə, təqsirləndirilən şəxs və vəkilləri ittiham olunan şəxsin barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatətlə çıxış ediblər. Bundan sonra hakimlər kollegiyası müşavirəyə gedib. Müşavirədən geri qayıdan hakimlər vəsatəti təmin ediblər. Məhkəmə baxışı yanvarın 8-nə təyin olunub. 
Qeyd edək ki, E.Xəlilov bu il aprelin 26-da həbs edilib. Bakı Hərbi Məhkəməsi E.Xəlilovun Cinayət Məcəlləsinin 308.2. və 179.3.2. maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçmişdi. Respublika Hərbi Prokurorluğu tərəfindən aparılan yoxlama nəticəsində Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilovun işlədiyi müddətdə ciddi qanun pozuntularına yol verməsi aşkar edilmişdi. Müəyyən olunmuş qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 308.2. və 341.1. maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaqla müəyyən edilib ki, Elçin Xəlilov Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinə rəhbərlik etdiyi müddət ərzində vəzifə səlahiyyətlərini aşmaqla külli miqdarda dövlət əmlakını talayıb. 
E.Xəlilovdan əvvəl isə S.Əbiyevin həbsdə olan daha bir kadrı - Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov azad olunub. Dekabrın 25-də Bakı Hərbi Məhkəməsi vitse-admiral barəsindəki  həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz etdi. Yüksək çinli məmurun məhkəmə zalından azad edilməsi Azərbaycan məhkəmə tarixində ilk idi. Ş.Sultanovun azad olunması haqda “Yeni Müsavat”a daxil olan məlumatda bildirilirdi ki, sabiq komandandan əvvəl həbsdə olan Hərbi Dəniz Qüvvələrinin zabitləri də azad olunublar. Onlar da külli miqdarda dövlət vəsaitini mənimsəməkdə suçlu bilinirdilər. Belə məlumatlar da vardı ki, Ş.Sultanov həbsdə keçirdiyi aylar ərzində “yuxarılar”a çıxış axtarıb və nəhayət, qohumlarının vasitəsilə belə imkan  əldə edib. Vitse-admiralın Rusiya Müdafiə Nazirliyində yaxın qohumlarının çalışması barədə bir qədər əvvəl hüquq müdafiəçisi Bəxtiyar Məmmədov açıqlama vermişdi. O bildirmişdi ki, vitse-admiralın xanımının Rusiyada müxtəlif dövlət qurumlarında, o cümlədən Rusiya MN-də yaxın qohumları işləyir. Bu məlumatlar onu söyləməyə əsas verirdi ki, vitse-admiralı uzunmüddətli həbsdən məhz Rusiyadakı qohumlarının əlaqələri xilas edib. Bu əlaqələr Sultanov üçün bir növ “xilas kəməri” rolu oynayıb.
Ş.Sultanovun ardınca E.Xəlilovun həbsdən azad olunması onu deməyə əsas verir ki, xahiş edən tərəf S.Əbiyevə yaxın olmuş və istefaya göndərilməsindən sonra həbs edilən bütün kadrların azad edilməsini istəyib. Belə məlumatlar da var ki, S.Əbiyevin kadrları dövlət büdcəsindən talanan milyonlarla manatı dövlət büdcəsinə ödəyiblər. Ödəmə tam başa çatandan sonra Əbiyevçilər barəsində başlanmış cinayət işlərinə xitam veriləcəyi də bildirilir.
Xatırladaq ki, HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs edilmişdi. Onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi. Ş.Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.

 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024