Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (21-08-2015, 20:16)
Azərbaycanlıların yaşadığı binaya od vuruldu (FOTO)

Azərbaycanlıların yaşadığı binaya od vuruldu (FOTO)

 

Almaniyada bir qrup azərbaycanlı mühacirin yerləşdirildiyi qaçqın düşərgəsinə od vurulub.

Hadisə Bavariya əyalətinin Noyştad-Valdnabe rayonunun eyni adlı inzibati mərkəzində baş verib.

Rayonun polis nümayəndəsinin bildirdiyinə görə, naməlum şəxslər Azərbaycandan olan 19 qaçqının, o cümlədən 3 azyaşlının yerləşdirildiyi sığınacağa od vurub.

Qəsəbə meri Rupert Troppman bildirib ki, o, hadisədən şoka düşüb.

“Mən şokdayam, bu, olduqca dəhşətli hadisədir” - mer deyib.

Merin bildirdiyinə görə, 5500 nəfər əhalisi olan bu kiçik şəhərdə ksenofobiyaya yer ola bilməz.

Hadisənin arxasında kimlərin dayandığı məlum deyil. Mer bildirib ki, bu haqda nəsə deməyə çətinlik çəkir.


Hadisə yerinə xilasedicilər cəlb olunub

“Mən istəyirəm ki, polis hər şeyi araşdırsın, spekulyasiya etmək istəmirəm” - deyə R.Troppman bildirib.

Qaçqın sığınacağı şəhərdəki keçmiş restoran binasında yerləşir. Yanğın barədə xəbərdarlıq yerli vaxtla saat 03:20-də daxil olub. Yanğın binanın birinci mərtəbəsində başlayıb və yanğınsöndürənlər gələndə artıq mebellər yanıbmış.

Yanğınsöndürənlər yanğını tez nəzarət altına ala biliblər və sığınacaqda məskunlaşanlardan heç kim zərər çəkməyib.

Sığınacağın sakinləri bildiriblər ki, onlar hadisədən əvvəl binanın birinci mərtəbəsindən iki nəfərin çıxıb qaçdığını görüblər. Üçüncü şəxs isə onları kənarda gözləyirmiş.

Polis hadisənin ksenofobiya zəminində törədildiyini istisna etmir. Lakin qalan versiyalar da araşdırılır.

Yerli polisin nümayəndəsi Maykl Rebele bildirib ki, hadisə yerinə mütəxəssislər cəlb edilib. Onlar tərcüməçinin köməyi ilə sığınacaq sakinlərindən ifadələr alırlar.

Bina qaçqın sığınacağı üçün iki ildir istifadə olunur. Hazırda orada Azərbaycandan olan 19 qaçqın yerləşdirilib, binanın birinci mərtəbəsi əsasən uşaqların oyun oynaması üçün istifadə edilir.

Qeyd edək ki, Almaniyada son vaxtlar ksenofobiya və faşizm meylləri kəskin artıb. / virtualaz.org



Sığınacağın yandırılması ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi də açıqlama verib. Nairliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ANS PRESS-ə bildirib ki, baş vermiş hadisəni Almaniyanın müvafiq dövlət qurumları araşdırır və Azərbaycanın Almaniyadakı səfirliyi məsələni yaxından izləyir.







шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024