Karusel / Slayd (10-08-2015, 19:55)
Leyla Şıxlinskayanın klinikası bağlanır
Azərbaycanın bağlanmış tibb ocaqlarının sırasına daha biri qoşulur. Bu dəfə Bakının ən tanınmış klinikalarından biri qapanır.
Məlumata görə, Leyla Şıxlinskaya klinikası fəaliyyətini dayandırır. Klinikaya növbəti fəaliyyəti üçün lisenziya verilmədiyi deyilir. Klinika bağlandığına görə artıq həkim heyəti başqa müəssisələrdə özünə iş tapıb.
Tibb ocağı isə qapılarının bağlanmasını təmirlə əlaqələndirir. Klinikadan milli.az-a bildirilib ki, hazırda müəssisə lisenziya almaq ərəfəsindədir. Beş illik lisenziyanın vaxtı bitmək üzrədir. Ona görə də klinika müvəqqəti olaraq təmirə dayanır.
Qeyd edək ki, əsasən ginekoloji sahə üzrə məşhurlaşan L.Şıxlinskaya kilinikasının tanınmış ginekoloq və uşaq həkimləri müxtəlif vaxtlarda paytaxtın başqa tibb müəssisələrinə keçiblər. Bundan başqa, Bakıda fəaliyyət göstərən bir neçə klinikaya lisenziya verilmədiyindən fəaliyyətini dayandırıb.