Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (7-08-2015, 19:17)
Azərbaycanda kredit borcunu ödəməyən iş adamı həbs edilib

“İzolit” ASC-nin İdarə Heyətinin sədri Mehman Mehdiyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib 

 

Azərbaycan Beynəlxalq Bankından götürdüyü kredit borcunu ödəmədiyi üçün daha bir iş adamı həbs edilib.

 

Vəkil Adəm Məmmədov APA-ya bildirib ki, Mingəçevir “İzolit” ASC-nin İdarə Heyətinin sədri Mehman Mehdiyev iki ay əvvəl Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun barəsində başlanmış cinayət işinin istintaq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılır.

A. Məmmədov həmçinin qeyd edib ki, M. Mehdiyev Azərbaycan Beynəlxalq Bankından 30 milyon ABŞ dolları kredit götürüb: “Müdafiə etdiyim şəxs götürdüyü kreditin 17 milyonunu qaytarıb. Qalan 12 milyon 760 minini isə qaytara bilməyib. Lakin o, borc müqabilində əmlakını girov qoyub”.

M. Mehdiyevin həbsi barədə ilk olaraq "aznews" saytı xəbər yayıb.

 Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankından götürdükləri külli miqdarda kredit borcunu ödəmədikləri üçün bir qrup iş adamı Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Onların arasında tanınmış iş adamları Nizami Piriyev, Hacı İbrahim Nehrəmli və başqaları da olub.

Adı çəkilən iş adamları da mətbuata verdikləri açıqlamalarında vaxtı ötmüş kredit borclarını ödədikdən sonra sərbəst buraxıldıqlarını bildiriblər.  

 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024