Karusel (8-06-2015, 16:57)
Vaşinqton Azərbaycana zərbə hazırlayır
İyunun 10-da Vaşınqtonda növbət anti-Azərbaycan dinləmələri keçiriləcək.
Virtualaz.org-un əldə etdiyi məlumata görə, bu dinləmələrdə Bakıda keçiriləcək Avropa oyunları ərəfəsi və son bir il ərzində ölkədə aparılan siyasət müzakirə olunacaq. Dinləmələr Vaşinqton vaxtı ilə saat 11-də, Bakı vaxtı ilə axşam saat 8-də olacaq.
Tədbirin aparıcısı "Azadlıq və Azad Avropa" radiosunun təmsilçisi Brayan Vizmur olacaq. Tədbirdə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç, Makkeyn institutunun nümayəndəsi Devid Kremer," Amerikanın səsi" – "Azadlıq və Azad Avropa" radiolarının birgə layihəsi olan “İndiki zaman” teleproqramının icraçı direktoru Kənan Əliyev, azərbaycanlı bloqçu və jurnalist Arzu Qeybulla iştirak edəcəklər.
Qeyd edək ki, bu tədbir I Avropa Oyunları ərəfəsi Azərbaycana növbəti dəfə qara yaxmaq məqsədi daşıyır.