Karusel (22-05-2015, 22:43)
ANS İlkin Həsənini məhkəməyə verdi
ANS Şirkətlər Qrupu barəsində səsləndirilən təhqirlərə görə məhkəməyə müraciət edib.
Telekanal haqqında təhqirə və böhtana yol verən ATV telekanalının əməkdaşı İlkin Həsənlini məhkəməyə verilib.
Şirkətin yaydığı açıqlamada bildirilir ki, ANS-in əleyhinə xəbər tirajlayan digər portallar, agentliklər də müəyyənləşdirilərək məhkəməyə veriləcək.
Qeyd edək ki, ötən gün ANS-in efirində ATV-nin aparıсısı Mətanət Əliverdiyevanın Bakıda baş vermiş məlum faсiə ilə əlaqədar səsləndirdiyi fikirlərlə bağlı sərt sujet getmişdi. Sujetdə Mətanət Əliverdiyevanın 15 nəfərin (5-i körpə olmaqla!) ölümü ilə nəticələnən hadisəyə "Bir küləkdi, əsdi keçdi” kimi qiymət verməsinin səbəbləri və aparıcını bu qənaətə gətirən yol təhlil edilmişdi. Bundan sonra ATV-nin əməkdaşı İlkin Həsənli ANS-in ünvanına təhqiramiz ifadələr işlədib. Bir sıra xəbər saytları və portalları bu təhqiramiz fikirləri tirajlayıb.