Karusel (15-05-2015, 11:16)
İlham Rəhimov klub sahibi oldu
Son günlər "Turan Tovuz" klubunun növbəti mövsümdən Premyer Liqada çıxış edəcəyi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, Tovuzun millət vəkili Qənirə Paşayevanın kluba biganə qalmayıb.
O, qərb təmsilçisinin əsas liqaya qayıtması üçün təşəbbüs göstərib. Elə AFFA prezidenti Rövnəq Abdullayev də ölkənin tarixi klublarından olan "Turan Tovuzu"u yenidən elitada görmək istəyir.
Kluba sponsor məsələsi də artıq həll olunub. Belə ki, bundan sonra komandaya Rusiyada yaşayan azərbaycanlı iş adamı İlham Rəhimov himayədarlıq edəcək. Onun hətta bu gün “Turan Tovuz”un “Bakılı”ya qarşı keçirəcəyi oyunu stadiondan izləyəcəyi də gözlənilir.
Qeyd edək ki, “Turan” Azərbaycanın ən tarixi klublarındandır. Bir çox məşhur futbolçularımızın yetişməsində rolu olan klub vaxtikən elitada ən güclülərdən olub. Lakin son 2 ildə komanda maliyyə problemləri ucbatından birinci divziona yuvarlanıb və orada mübarizə aparır.